AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Rejissor Eldar Quliyev dəfn olunub

Rejissor Eldar Quliyev dəfn olunub

Mədəniyyət
18 Aprel 2021, 14:00 988
Xalq artisti, rejissor Eldar Quliyev dəfn olunub.
APA-nın məlumatına görə o, vəsiyyətinə uyğun olaraq "Qurd qapısı" qəbiristanlığında, həyat yoldaşının yanında dəfn edilib.
Pandemiya ilə əlaqədar ailəsi dəfndə kənar şəxslərin iştirak etməməsini xahiş edib.
Qeyd edək ki, E.Quliyev uzun sürən xəstəlikdən sonra aprelin 16-da vəfat edib.
Xatırladaq ki, rejissorun övladları xarici ölkələrdə yaşadıqları üçün onların iştirakı ilə əlaqədar dəfn bu günə təyin olunub.