• cümə, 29 Mart, 08:53
  • Baku Bakı 5°C

Ərdoğan və Putin bu barədə razılığa gəldilər

06.08.22 03:45 904
Ərdoğan və Putin bu barədə razılığa gəldilər

Bu gün Soçi şəhərində Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutub.

Trend Kremlə istinadən xəbər verir ki, görüşün yekunları üzrə tərəflər birgə açıqlama ilə çıxış ediblər.

Mövcud regional və qlobal çağırışlara baxmayaraq, liderlər Rusiya-Türkiyə münasibətlərini hörmət, qarşılıqlı maraqların tanınması və beynəlxalq öhdəliklərinə uyğun olaraq daha da inkişaf etdirmək üçün ümumi iradələrini bir daha təsdiq etdilər.

Bu anlaşmalar çərçivəsində hər iki ölkənin liderləri Rusiya-Türkiyə münasibətlərinin ikitərəfli gündəliyi üzrə geniş məsləhətləşmələr aparıb və aşağıdakılar barədə razılığa gəliblər: balanslaşdırılmış əsasda ikitərəfli ticarətin həcmini artırmaq və qarşıya qoyulan məqsədlərə nail olmaq; iqtisadiyyat və enerji sahələrində qarşı tərəfin gözləntilərini qarşılamaq; nəqliyyat, ticarət, kənd təsərrüfatı, sənaye, maliyyə, turizm və tikinti kimi sektorlarda uzun müddətdir ki, hər iki ölkənin gündəmində olan məsələlər üzrə əməkdaşlığı artırmaq üçün konkret addımlar atmaq.

Regional məsələlərlə bağlı liderlər regional və beynəlxalq sabitliyə nail olmaq üçün Rusiya ilə Türkiyə arasında səmimi və etibarlı münasibətlərin əsas əhəmiyyətini vurğulayıblar.

Bu kontekstdə liderlər Ukrayna limanlarından taxılın təhlükəsiz ixracına dair təşəbbüsün reallaşmasında iki ölkə arasında konstruktiv əlaqələrin mühüm rolunu qeyd ediblər. İstanbul razılaşmasının ruhuna və hərfinə uyğun olaraq tam şəkildə həyata keçirilməsinin, o cümlədən Rusiya taxılının, gübrələrin və onların istehsalı üçün xammalın maneəsiz ixracının təmin edilməsinin zəruriliyi vurğulanıb.

Müzakirə edilən məsələlər arasında Suriyadakı son hadisələr də yer alıb. Tərəflər siyasi prosesin irəliləməsinə böyük önəm verdiklərini təsdiqləyiblər. Suriyanın siyasi birliyinin və ərazi bütövlüyünün qorunmasının vacibliyi vurğulanıb. Bütün terror təşkilatlarına qarşı mübarizədə birgə və bir-biri ilə sıx koordinasiyada hərəkət etmək əzmi bir daha təsdiqlənib.

Liviyanın suverenliyinə, ərazi bütövlüyünə və milli birliyinə qəti sadiqlik bəyan edilib.

Dövlət başçıları Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti iclasının Türkiyədə keçirilməsi barədə razılığa gəliblər.

banner

Oxşar Xəbərlər