• cümə, 29 Mart, 17:49
  • Baku Bakı 14°C

RAGB bayram tədbirlərində iştirak edib

03.08.20 15:30 1316
RAGB bayram tədbirlərində iştirak edib
Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) yaradılmasının 81-ci ildönümü münasibətilə keçirilən bayram tədbirlərində iştirak edib.
AZƏRTACxəbər verir ki, bu əlamətdar tarixlə əlaqədar XTNS-nin ərazisində ustad dərsləri və ekskursiyalar, idman yarışları və açıq məşqlər keçirilib, kino nümayişləri və performanslar təşkil olunub.
Bayram təntənələrinə Moskvanın Azərbaycanlılar İcması da qoşulub. İcmanın təşəbbüsü ilə RAGB bu tədbiri arzu edən hər kəs üçün bayrama çevirib.
Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin təqdimatı ilə Azərbaycan limonadlarının dequstasiyası təşkil olunub, "Paxlava Haus” ticarət markası ilə istehsal olunan Azərbaycan yeməklərinin və şirniyyatlarının satışı həyata keçirilib.
Qonaqlar mədəni proqramlar arasında "Qarabağ” ansamblının nümayiş etdirdiyi rəqs nömrəsini və Azərbaycan rəqslərinin ifası üzrə ustad dərsini xüsusi vurğulayıblar.
XTNS-nin "Azərbaycan” pavilyonunda tanışlıq xarakteri daşıyan bir sıra qrup ekskursiyaları keçirilib, ziyarətçilərə Azərbaycanın mədəniyyəti və tarixi barədə məlumat verilib. Həmçinin "Baku” jurnalının yeni nömrəsinin təqdimatı olub və qonaqlara paylanılıb. Tədbir böyük maraqla qarşılanıb.
banner

Oxşar Xəbərlər