AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Qeyri-neft sektoru üzrə idxal 4 milyard dollar olub

Qeyri-neft sektoru üzrə idxal 4 milyard dollar olub

İqtisadiyyat
14 Sentyabr 2021, 17:32 95
2021-ci ilin 6 ayı üzrə əmtəə idxalı 0,9 faiz artaraq 4,8 milyard dollar təşkil edib, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 2,4 milyard dollar olub, bunun da 806 milyon dolları ərzaq məhsullarının payına düşür.
Kaspi.az Mərkəzi Banka istinadla xəbər verir ki, qeyri-neft sektoru üzrə idxal 0,7 faiz artaraq 4 milyard dollar olub. Qeyri-neft idxalının strukturunda gəmilər, qayıqlar və üzən konstruksiyaların (5,7 dəfə), şəkərin (47,6 faiz), dəmiryol nəqliyyat vasitələrinin (2,7 dəfə), əczaçılıq məhsullarının (40, 2 faiz), minik avtomobillərinin (39,3 faiz), tütün və tütün məhsullarının (28,5 faiz), mebel məhsullarının (25,3 faiz), ağac məmulatlarının (15,8 faiz), dənli bitkilərin (15,5 faiz), tərəvəz məhsullarının (9,2 faiz) və kağız məmulatlarının (8,1 faiz) idxalı artıb, uçuş aparatlarının (6,6 dəfə), metalların (39,6 faiz), sabun və yuyucu vasitələrin (10,4 faiz) idxalı isə azalıb. İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 9,1 faiz təşkil edərək 0,4 milyard dollar olub.