• çərşənbə axşamı, 16 aprel, 10:44
  • Baku Bakı 14°C

Qənirə Paşayevanın kitabı Təbrizdə nəşr edilib

30.07.20 09:07 1209
Qənirə Paşayevanın kitabı Təbrizdə nəşr edilib
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın kitabı Təbrizdə nəşr edilib.
"Səndən sonra” şeirlər və esselər kitabı Təbrizdə, ərəb qrafikalı əlifba ilə işıq üzü görüb. "Yaşar qələm” nəşriyyatında işıq üzü̈ görən kitabı tanınmış̧ şair Çalğın nəşrə hazırlayıb.
Q. Paşayeva bildirib ki, bu, onun üçün xoş̧ sürpriz olub: "Doğma Təbrizdə kitabı çıxmaq hər bir yazarımız üçün əlamətdar və arzulanan hadisədir. Əməyi keçən hər kəsə, özəlliklə, Çalğın bəyə, "Yaşar qələm” nəşriyyatının başçısı Xosrov Barışana təşəkkür edirəm”.
Qeyd edək ki, oxucular tərəfindən maraqla qarşılanan bu əsər, müəllifin trilogiya təşkil edən "Məndən sonra”, "Səndən sonra” və "O” kitablarından biri olub, dünya, insan, sevgi, eşq, hadisələr üzərində yazılmış şeirlər və esselərdən ibarətdir. Kitab ilk dəfə 2014-cü ildə Bakıda, "Elm və Təhsil” nəşriyyatında çıxıb. Qənirə Paşayevanın bundan öncəki illərdə, qardaş̧ Türkiyə və Özbəkistanda da kitabları işıq üzü̈ görüb.
banner

Oxşar Xəbərlər