• çərşənbə axşamı, 01 iyul, 07:52
  • Baku Bakı 23°C

Qəbələdə Bakcell-in ilk Satış və Xidmət Mərkəzinin açılışı olub - FOTO

27.09.18 17:35 1340
Qəbələdə Bakcell-in ilk Satış və Xidmət Mərkəzinin açılışı olub - FOTO
Bakcell şirkəti abunəçilərinə ən yüksək səviyyədə göstərdiyi xidmətləri müştərilər üçün daha yaxın və əlçatan etmək məqsədilə daim satış və xidmət mərkəzləri şəbəkəsini genişləndirir.
Bu işlərin davamı olaraq bu gün Qəbələ şəhərində Bakcell şirkətinin ilk Satış və Xidmət mərkəzinin açılışı olub. Şəhərin İsmayıl bəy Qutqaşınlı küçəsi 59 ünvanında yerləşən bu ilk mərkəzdə "Bakcell”in abunəçilərinə tam çeşiddə xidmətlər təqdim olunacaq.
Açılışda iştirak edən Bakcell-in baş icraçı direktoru Nikolai Beckers bildirib ki, Bakcell öz xidmət və məhsullarını abunəçilərinə daha yaxın gətirmək üçün Azərbaycanın bütün bölgələrində işlərini davam elətdirir: "Bunun üçün xüsusi strategiyası var. Qəbələ bu strategiyada xüsusi yer tutur. Bu gün açdığımız mərkəz bizim bu regiondakı abunəçilərimizin Bakcell-in xidmət və məhsullarından yararlanmasına kömək edəcək”.
O qeyd edib ki, bu yaxınlarda Bakcell Azərbaycanın ən sürətli mobil internet şəbəkəsi elan olunub: "Bunun sayəsində bizim abunəçilərimiz ölkənin hər tərəfində ən sürətli mobil internetdən və ən innovativ xidmət və məhsullardan yararlana bilirlər. Bildiyiniz kimi 30-dan çox bölgənin mərkəzində bizim abunəçilərimiz Bakcell-in yüksək sürətli 4G internetindən istifadə edirlər. Artıq bizim Qəbələdə 6 4G baza stansiyamız var və təbii ki, bu regionda 4G şəbəkəsinin genişlənməsi üzərində də işləyirik. Bundan başqa 16 regionda 5GB internet kampaniyasını həyata keçiririk. Onlardan biri də Qəbələdir. Bizim burada yaşayan abunəçilərimiz oktyabr ayının sonunadək pulsuz 5GB internet əldə edə bilərlər. Həmin 5Gb Bakcell-in 4G şəbəkəsində istifadə oluna bilər. Əgər sizin telefonunuzda 4G-ni dəstəkləyən SİM kartınız yoxdursa, ödəniş etmədən bu mərkəzdə dəyişmək mümkündür. Bilirsiniz ki, 4G xidmətindən istifadə etmək üçün xüsusi SİM kart tələb olunur. Biz eyni zamanda şəbəkəmizin genişləndirilməsi üçün işlərimizi davam etdirəcəyik. Xususilə regionlarda daha yaxşı xidmət göstərmək üçün həm satış şəbəkəsini genişləndiririk, həm də mobil şəbəkəni genişləndiririk”.
Qeyd edək ki, mərkəzin açılışı zamanı eyni zamanda WiFi ROUTER cihazının təqdimatı da oldu. Bu cihaz SİM kartla işləyir, qapalı, açıq məkanlar, evlər, ofislər üçün çox yaxşı bir avadanlıqdır. Bura eyni zamanda 32 istənilən cihaz internetdən istifadə üçün qoşula bilir. Bakıda artıq satışına başlanıb, bu gün isə Qəbələdə təqdim olunur.
Alpər Turan




















banner

Oxşar Xəbərlər