• şənbə, 04 Yanvar, 00:50
  • Baku Bakı 9°C

Prezident İlham Əliyevin uzaqgörən siyasəti Azərbaycanı regionun ən vacib aktoruna çevirib

26.07.21 20:15 467
Prezident İlham Əliyevin uzaqgörən siyasəti Azərbaycanı regionun ən vacib aktoruna çevirib
Zəngəzur dəhlizinin açılması tarixi zərurətdir. Zəngəzur dəhlizi Ermənistanın 30 il əvvəl Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiası nəticəsində torpaqlarımızın işğal edilməsi ilə bağlanmışdı. Bu dəhlizin bağalanması Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanı quru yolla respublikamızdan ayrı salıb. Bu illər ərzində Naxçıvan sakinləri Zəngəzur dəhlizinin bağlı olmasından çox əziyyət çəkiblər. Naxçıvanlılar Azərbaycana gediş-gəlişdə, daşınmaların həyata keçirilməsində, enerji təhlükəsizliyinin təminində böyük problemlər yaşasalar da, ölkəmizin iqtisadi gücü sayəsində naxçıvanlıların çoxlu problemləri həll olunub. Amma quru yolla gediş-gəlişlə bağlı hələ də çətinlik yaşanmaqdadır. Bu çətinliklər də Zəngəzur dəhlizinin açılması ilə həll olunacaq. Ermənistan Zəngəzurun dəhliz adlandırmasının ələyhinədir. Necə ki, Laçını dəhliz adlandırırlar, Zəngəzur da dəhliz olacaqdır. Həmin dəhliz vasitəsilə azərbaycanlılar sərbəst , təhlükəsiz hərəkət edə bilməlidirlər və bu təhlükəsizliyi Rusiya təmin etməlidir.
Kaspi.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Azər Badamov bildirib.
Milli Məclisin deputatı deyib: "Zəngəzur dəhlizinin açılması ötən il noyabrın 10-da və bu il yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatların maddələrində öz əksini tapıb. Bu bəyanat Prezident İlham Əliyevin qətiyyətli, prinsipial siyasəti, əzm və iradə nümayiş etdirməsi, düşünülmüş addımlar atması sayəsində nail olduğumuz böyük Qələbəmizin rəsmi şəkildə təsdiqi deməkdir. Zəngəzur dəhlizinin açılması Ermənistanın istəyi ilə yox, labüd və vacib məsələ kimi təsdiq olunub. Zəngəzur dəhlizi ilə bağlı məsələdə Azərbaycanın, Rusiyanın və Avropa İttifaqının mövqeləri üst-üstə düşür. Əslinə baxanda, Zəngəzur dəhlizinin açılması Ermənistan üçün hamıdan vacibdir. Çünki, bu illər ərzində Ermənistanın yürütdüyü işğalçılıq siyasəti bu ölkəni dalana çevirib. Bu blokadanın yaradılması təbii ki, Azərbaycanın yürütdüyü düşünülmüş siyasətin nəticəsidir. Azərbaycan və Türkiyə sərhədlərini Ermənistanın üzünə bağlayıb. O cümlədən iştirak etdiyimiz bütün beynəlxalq layihələri Ermənistandan yan keçirmişik. Düzdür, bu layihələrimizi həyata keçirərkən Ermənistanı kənarda saxlamağımızla əlaqədar çoxlu təzyiqlərlə üzləşmişik. Amma Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və iqtisadi gücümüz müstəqil siyasət yürütməyimizə və öz istəyimizə uyğun bütün layihələrin icrasına imkan verib”
Azər Badamov vurğulayıb ki, bu gün Azərbaycan Ermənistansız da Avropa İttifaqına inteqrasiya olunub. Azərbaycan BTQ dəmir yolu vasitəsilə Avropa ilə bağlantı yarada bilib. Cari ildə ölkəmizin üzərindən Avropa İttifaqına dəmir yolu vasitəsilə 3000-ə yaxın vaqon yüklər daşınıb. Gələcəkdə bu layihənin cəlbediciliyi daha yüksələcək. Ölkəmizin ərazisindən keçən "Şimal-Cənub" nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi cari ilin 6 ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz artıb. "Qərb –Şərq" nəqliyyat dəhlizi vasitəsilə də daşınmaların həcmi sürətlə artır. Cənub Qaz Dəhlizinin tikintisinin başa çatması Azərbaycanı Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatının yeganə alternativ mənbəyinə çevirib. Prezident İlham Əliyevin düşünülmüş uzaqgörən siyasəti Azərbaycanı regionun ən vacib aktoruna çevirib. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan Ermənistansız da dünyaya inteqrasiya olunub, iqtisadi bağlarını möhkəmləndirib. Amma həll olunmamıış yeganə problemimiz Naxçıvana quru yolumuzun açılmasıdır. 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyimiz "Dəmir yumruq" əməliyyatı ilə bu reallığı da Ermənistana məcbur qəbul etdirmişik. Əgər Ermənistan bu reallığı təsdiq etməsəydi, tamamilə məhv ola bilərdi. Yaratdığımız yeni reallıq Ermənistanla Azərbaycan arasındakı bütün kommunikasiyaların selektivlik etmədən eyni vaxtda paralel açılmasıdır. Ona görə də bu məsələ gündəliyimizdə ən aktual məsələlərdəndir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri zamanı da kommunikasiyaların açılması məsələsi müzakirə olundu. Şarl Mişel Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiya, demarkasiya olunması və uzunmüddətli sülhün bağlanması üçün Avropa İttifaqının təşəbbüsünün qəbul edilməsini təklif etdi. O cümlədən Rusiyaya işgüzar səfəri çərçivəsində Prezident İlham Əliyevlə eyni fikri Rusiya Prezidenti Putin də bölüşüb. Beləliklə, Zəngəzur dəhlizinin açılması və sülh sazişinin imzalanması üçün işlərin görülməsi zərurətdir və bunun alternativi yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü döyüş meydanında, sonra da masa arxasında təmin edib. Gələcək isə sülh və qonşuluq münasibətləri üzərində qurulmalıdır. Dünya tarixində ən böyük qanlı müharibələr də masa arxasında sonlanıb. Gələcək dinclik, təhlükəsizlik və əməkdaşlıq üzərində qurulmalıdır. Bunun alternativi yoxdur və bu reallığı Ermənistan nə qədər tez qəbul etsə, onların xeyrinədir.
banner

Oxşar Xəbərlər