Prezident İlham Əliyev: “Zəngilan şəhəri və daha bir neçə kənd işğaldan azad olunub”

Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində bəzi ərazilər işğaldan azad edilib.
APA-nın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində Zəngilan şəhərinin və daha bir neçə kəndin erməni işğalından azad olunduğunu bəyan edib.
