Prezident İlham Əliyev onları təbrik etdi - FOTO
Prezident İlham Əliyev qızıl medal qazanan Milli Paralimpiya komandamızın üzvlərini təbrik edib.
Kaspi.az-ın məlumatına görə, Prezident İlham Əliyevin rəsmi "twitter" hesabında edilən paylaşımda deyilir:"Milli Paralimpiya komandamızın üzvləri – Şəhanə Hacıyeva, Vüqar Şirinli və Raman Salehi "Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə qələbə sevincini yaşatdıqlarına görə ürəkdən təbrik edir, onlara və komandamızın digər üzvlərinə bundan sonra da yalnız uğurlar arzulayıram!"