“PINOCCHİO burnunun izi ilə

“PINOCCHİO burnunun izi ilə" tamaşası Bakı səhnəsində

Mədəniyyət
22 Oktyabr 2019, 17:50 247
Bakıdakı İtaliya Səfirliyinin hər il keçirdiyi "İtalyan Dili və Mədəniyyəti Həftəsi” çərçivəsində Azərbaycan Dövlət Rus Dram Teatrında "PINOCCHİO burnunun izi ilə" tamaşası baş tutacaq. İtamaşa İtaliyadan dəvət olunan rejissor və aktyorların iştirakı ilə "Compagnia Bella di Forli” əməkdaşlıq çərçivəsində və 158 Bakı Məktəbinin şagirdlərinin təqdimatında keçiriləcək. Səfirlikdən "Kaspi.az”a verilən məlumata görə, "PINOCCHİO burnunun izi ilə" tamaşasında məşhur burattinonun hekayəsi çox orijinal bir variantda təklif ediləcəkdir. "Burada məqsəd Carlo Collodinin əsərindəki personajının məşhur sərgüzəştlərindən bəhs etmək deyil, məqsəd böyük, eyni zamanda kiçik macəraçısının məntiqinə və xarakterinə daha yaxın olmaqdır: bizi irəli getməyə sövq edən maraq, öyrənmək üçün etdiyimiz səhvlər, oyundakı əyləncə və cazibə, gerçəkliyi kəşf etmə eşqi və s”dir.
Qeyd edək ki tamaşa  24 oktyabr tarixində, saat 19: 00-da keçiriləcək.