• cümə, 19 Aprel, 03:53
  • Baku Bakı 18°C

Paşinyan koronovirusla müttəfiq olur

06.07.20 17:30 789
Paşinyan koronovirusla müttəfiq olur
Rusiya nəşri Ermənistan baş nazırının pandemiyadan siyasi rəqiblərini sıradan çıxarmaq üçün yararlandığını yazır

Növbəti onlayn brinfiq zamanı Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin ölkədə koronavirusla bağlı sərt qaydalar tətbiq etmək niyyətini açıqlayıb. Baş nazir söhbətin hansı addımlardan getdiyini açıqlamasa da, əlavə edib ki, bu sərt qaydalar "rəngarəng” olacaq. Ölkədə xəstə sayının sürətlə artması fonunda hakimiyyət daha çox diqqəti rəqiblərini sıradan çıxarmağa yönəldir. Ölkədəki mövcud duruma xüsusi diqqət ayıran Rusiya mediası növbəti dəfə bu məsələyə toxunub. Rusiyanın "Ritm Avrazii” nəşrində Ermənistandakı ikimərhələli epidemioloji vəziyyət araşdırılıb. Nəşr yazır ki, çox güman ki, iyulun 13-də başa şatmalı olan fövqəladə vəziyyət rejimi uzadılacaq. Rusiya nəşri yazır ki, yuxarıda qeyd olunan karantindən çıxış üçün ikimərhələli həll variantı bir sıra məhdudiyyətlərin aradan qaldırılması ilə davam edib. Mahiyyət etibarilə məhdudiyyətlər yalnız bütün səviyyələrdə təhsil müəssisələrində qalıb. Ali təhsil və kollec məzunları dövlət imtahanlarını və diplomlarını videoformatda veriblər. Lakin abituriyentlər buraxılış imtahanlarını auditoriyalarda verməli olacaqlar. Bütün qəbul imtahanlarında imtahan sayı birə qədər ixtisara düşüb. Komendant rejimin rəhbəri, baş nazirin müavini Tiqran Avinyan məhdudiyyətlərlə vəziyyəti nəzarətə almağa çalışsa da, buna nail ola bilməyib. Nəticədə mayın sonlarında infeksiyaya yoluxanlar kəskin şəkildə artdı. İyunun ilk həftəsinin sonlarında komendatura qapalı, eləcə də, açıq məkanlarda maska taxılmasını zəruri edən qaydalar tətbiq etsə də, ölkə üzrə virusa yoluxanların sayı sutka ərzində yüksək olaraq qalır- 700 nəfər. Keçmiş səhiyyə naziri Ararat Mkrtçyan hesab edir ki, hökumət koronavirus pandemiyasına qarşı fatal səhvlərə yol verməyib. Lakin bu taktiki xarakterli səhvlərin olmaması demək deyil. "Ən ciddi səhvlər ilkin mərhələdə əyalət xəstəxanaları və özəl klinikaların imkanlarından qeyri-effektiv istifadə məsələsində buraxıldı. Mart ayından mayın ortalarına kimi xəstələrin əksəriyyəti Yerevanda müalicədə saxlanıldı. İyulun 5-nə olan məlumata göə, xəstə sayı 30 minə yaxınlaşır, bu da milyon nəfər üzrə həddən artıq yüksək göstəricidir”, - deyə o bildirib. Rusiya nəşri bu qənaətə gəlir ki, "bütövlükdə vəziyyət həddən artıq təhlükəli deyil ki, lokdaun elan edilsin. Bu hal da sərt karantin qaydalarının tətbiq edilməsi deməkdir. Bəs o zaman ölkə rəhbərliyini, fövqəladə rejim komendantını və səhiyyə nazirini nə narahat edir? Adətən bu göstəricilərə o qədər də ciddi əhəmiyyət vermirlər. Halbuki, dəfələrlə hökumətin iclasında səhiyyə naziri Arsen Torosyan və baş nazir tərəfindən səslənib. Söhbət ağır və həddən artıq ağır vəziyyətdə olan xəstələrdən gedir. Məhz bu məsələ də xüsusilə hökumətin ciddi narahatçılığına səbəb olur”. Şəhərlərin və iri rayonların bağlanması, təhsil, dövlət və ticarət əyləncə müəssisələrinin məcburi qapanması söhbətləri də bundan irəli gəlir. Bundan irəli gələrək keçmiş səhiyyə naziri A.Mkrtçyan diqqəti aşağıdakı məsələrə yönəldir. "Xəstə sayı, səviyyəsi stabildir və 25-35 faiz arası dəyişir, lakin qrafikada həddən artıq üzən xarakter daşıyır. İkincisi, xətsə sayında nə kəskin artım, nə azalma müşahidə olunur. Diaqramma və necə deyərlər pik məsələsi ondan xəbər verir ki, ölkədə vəziyyət bir qədər stabildir. Üçüncüsü, Yerevanda insanlar praktiki olaraq hər yerdə maska taxırlar, lakin regonlarda bu tendensiya müşahidə olunmur. Dördüncüsü, infeksiyanın yayılması nöqteyi-nəzərindən ən riskli yerlər ictimai iaşə müəssisələridir. Orada maska taxılması məcburi hesab edilmir. Beşincisi, səhiyyə sisteminin iş yükünün ağır olmasına baxmayaraq, son günlər dərman və tibbi yardım çatdırmaq imkanları bir qədər düzəlib. Sonuncu, pandemiya hələ qurtarmayıb. Bu səbəbdən də bu və ya digər ölkənin uğurundan danışmaq tezdir. İkinci dalğa barədə tez-tez danışırlar və onun özü ilə nələri gətirəcəyini proqnoz etmək çətindir”. Məqalədə qeyd edilir ki, yaranmış vəziyyətdə yeni "lokdaun” effekti bir qədər şübhəlidir və çətin ki, hansısa bir uğur gətirsin. Dünya statistikasına görə, yavaş-yavaş "açılan” ölkələrdə xəstə sayı kəskin şəkildə artır. Buna müvafiq olaraq hakimiyyət orqanlarının əsas diqqəti maksimal şəkildə xəstələr arasında ölüm sayına ayrılmalıdır. Təbii ki, buna müvafiq olaraq sanitar-sosial normalara sərt şəkildə əməl olunmalıdır.
Rusiya nəşri yazır ki, Ermənistan üçün əhəmiyyəti az olmayan digər məsələ pandemiya böhranından çıxmaqdır. Ölkə iqtisadiyyatında vəziyyət yumşaq desək, o qədər də ürəkaaşan deyil. Hökumətin işlədiyi və qəbul etdiyi birbaşa yardım və güzəştli kreditlər 22 proqramdan ibarət olub 150 mln. dollar (73 mlrd. dram) təşkil edib. Onun nə qədər effektli olub-olmadığını yalnız avqustda söyləmək olacaq. Milli Statistika Xidməti məlumat verib ki, respublikada iqtisadi aktivlik yanvar-may ayında 4 faiz aşağı düşüb. Tikinti işləri 24 faiz, ticarət 11, ümumi xidmətlər isə 5 faiz enib. Bu günlərdə hökumət başçısı baş nazirin müavini Mqer Qriqoryana iqtisadi yüksəlişin potensialının bərpa edilməsini nəzərdə tutan fəaliyyət strategiyası işləyib hazırlamağı tapşırıb. Nə rəsmi, nə də qeyri-rəsmi qurumlaırn proqnzları müsbət heç nə vəd etmir. Qafqaz İnstitutunun iqtisadçısı Qrant Mikaelyan hesab edir ki, Ermənistan iqtisadiyyatını bərpa etmək çox çətin olacaq. İllik milli iqtisadi çöküş 6 faiz civarında olacaq.
Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, Ermənistan rəhbərliyi çətin bir durum yaşayır və bundan bərpa yolları uzun müddətli olacaq. Hökumət baçşısı isə bütün bunların fonunda yalnız və yalnız rəqiblərini zərərsizləşdirməklə məşğuldur. Bu məsələdə isə ona ən yaxın müttəfiq hazırda koronavirusdur. Ermənistanın keçmiş təhsil və elm nazirinin müavini Baqrat Yesayanın dediyi kimi, "bu gün Nikolun ən yaxşı müttəfiqi koronavirsudur”. "Nikol utanmaz şəkildə sual verir ki, Ermənistanda yoluxmuş 20000 nəfərin günahkarı odursa, bəs dünyada yoluxan 10 milyon nəfərin günahkarı kimdir? Xalq artıq hipnoz edilmiş vəziyyətdən çıxıb və məsələləri həll etmək üçün müqavimət göstərə bilər”, - deyə o qeyd edib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər