• bazar, 25 May, 10:27
  • Baku Bakı 19°C

PA rəsmisi bloger Lapşinin ekstradisiyasını şərh edib

10.02.17 14:30 1069
PA rəsmisi bloger Lapşinin ekstradisiyasını şərh edib
"Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş Rusiya və İsrail vətəndaşı olan blogerin Azərbaycana gətirilməsinin əhəmiyyətsizliyindən danışanlarınfikri yanlışdır”.
APA-nın məlumatına görə, bunu Milli Məclisdə beynəlxalq cinayətlərlə bağlı qanunun təqdimatı zamanı Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov deyib.
O qeyd edib ki, "bu, əhəmiyyətli deyil” fikri yanlışdır: "Bizim həyata keçirdiyimiz iş qanun çərçivəsindədir və bundan sonra Azərbaycan torpaqlarına qanunsuz səfər edənlər məsuliyyəti dərk edəcəklər. Bu istiqamətdə tədbirlərimiz davam edəcək”.
banner

Oxşar Xəbərlər