• şənbə, 24 May, 04:31
  • Baku Bakı 17°C

Kəngərli sakinləri doğma yurda qayıdır

24.05.25 00:06 56
Kəngərli sakinləri doğma yurda qayıdır

Bakıdan yola salınan köç karvanı Ağdamın Kəngərli kəndinə çatıb. "Report" xəbər verir ki, bu mərhələdə köçürülən 232 nəfərdən ibarət 49 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim olunub.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ümumilikdə, 40 mindən çox insan yaşayır.

banner

Oxşar Xəbərlər