bazar, 03 Dekabr, 15:39

Baku Bakı 19°C

Özbəkistanlı nazir: "Artıq azərbaycanlı dostlarımızla daha tez-tez görüşəcəyik"

icon 616 icon 05 oktyabr 2022 | 16:30
Özbəkistanlı nazir: "Artıq azərbaycanlı dostlarımızla daha tez-tez görüşəcəyik"


“Artıq azərbaycanlı dostlarımızla daha tez-tez görüşəcəyik”.

"Report" xəbər verir ki, bunu Özbəkistanın xarici işlər naziri Vladimir Norov Bakı-Səmərqənd-Bakı aviareysinin açılması münasibətilə tviter səhifəsində yazıb.

“Dünən “Fly Khiva” və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Özbəkistanın Azərbaycandakı səfirliyi ilə birgə təşkil etdiyi Bakı-Səmərqənd-Bakı marşrutu üzrə ilk uçuş həyata keçirilib”, - nazir bildirib.

O, reyslərin həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri müntəzəm olaraq həyata keçiriləcəyini əlavə edib.

Xatırladaq ki, oktyabrın 5-nə keçən gecə Bakı-Səmərqənd reysinin ilk təyyarəsi Səmərqənd (Özbəkistan) hava limanına uğurla eniş edib.