Ordumuzun gücünü göstərən parad

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi
münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında təntənəli hərbi parad
keçirilib. Paradı Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci
vitse-prezident Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, Milli Məclisin
deputatları və çoxsaylı xarici qonaqlar izləyiblər. Paradda Müdafiə, Daxili
İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd
və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Silahlı Qüvvələrinin
parad heyətindən ibarət 4 min nəfərədək şəxsi heyət iştirak edib.
Ali Baş Komandan İlham Əliyev hərbi paradda çıxışı zamanı bir sıra mesajlar verib. O qeyd edib ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır: "Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşamış, yaratmışdır. Beynəlxalq hüquqa görə də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Son illər ərzində dünyanın aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı bir çox qərar və qətnamələr qəbul etmişlər. O cümlədən BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir və orada da göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr hələ də qüvvədədir və öz qüvvəsini itirməyib”.
Dövlət başçısı əlavə edib ki, Azərbaycan işğalla heç vaxt barışmayacaq: "Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək. Bunun üçün güclü ordu yaratmalı idik. Bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik. Biz bütün bunları ona görə edirik ki, Azərbaycan Ordusu daha da güclü olsun. Ona görə edirik ki, hərbi potensialımız güclənsin. Ona görə edirik ki, görürük və dünyada gedən proseslər də onu göstərir ki, beynəlxalq hüquq işləmir. Əgər işləsəydi Azərbaycan torpaqları çoxdan işğalçılardan azad olunardı. Beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərar və qətnamələr icra edilmir, onların icra mexanizmi yoxdur. Azərbaycan getdikcə güclənəcək. Biz inkişaf yolundayıq. Bizim qarşımızda bütün yollar açıqdır, üfüqlər aydındır. Ermənistan bizimlə heç cür rəqabət apara bilmir və bilməyəcək. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, iqtisadi güc bizdədir, hərbi güc bizdədir, vətənpərvərlik ruhu bizdədir.
2016-cı ilin aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, "Azadlıq” meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı "Azadlıq” meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.
Hərbi parad, paradda dövlət başçısının verdiyi mesajlar geniş müzakirə mövzusuna çevrilib. Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirdi ki, hərbi paradda Silahlı Qüvvələrin şəxsi heyətinin yüksək hazırlığı, nümayiş etdirilən hərbi texnika və Ali Baş Komandan İlham Əliyevin çıxışı və verdiyi mesajlar, azad olunmuş ərazilərdəki bayraqların bu paradda yer alması hər bir azərbaycanlıda qürur hissi oyatdı: "Bütün bunlar torpaqlarımızın işğaldan azad olunması ilə bağlı xalqımızın arzularının həyata keçməsi ilə bağlı ümidini daha da artırdı. Eyni zamanda, belə bir möhtəşəm paradın keçirilməsi Azərbaycana qarşı müxtəlif maraqları olan dost və düşmən ölkələrin də ölkəmizlə bağlı düşüncələrinə bir aydınlıq gətirdi. Bu parad həm daxildəki bəzi qüvvələrə, həm də xaricdəki mərkəzlərə mühüm bir mesaj idi ki, Azərbaycan ən müasir silahlara sahib orduya malikdir”. Ə.Amaşov vurğuladı ki, Azərbaycan xalqının Ali Baş Komandanı bu paradda növbəti dəfə bir qarış torpağı da güzəştə getməyəcəyini bəyan etdi: "Dövlət başçısının mesajları kifayət qədər dəqiq ünvanlanmışdı. Hesab edirəm ki, bu hərbi parad düşüncələrdə yeni bir mərhələnin başlanğıcının əsasını qoydu. Eyni zamanda, bu parad torpaqlarımızın işğaldan azad edilməsində sülh yolu ilə baş tutmasa, məhz ikinci Qarabağ müharibəsinin başlanacağının mesajlarını verdi”.
Millət vəkili Sahibə Qafarova bildirdi ki, bu gün dünyanın ən güclü orduları sırasında yer alan Azərbaycan ordusu müstəqilliyimizi və suverenliyimizi qətiyyətlə müdafiə etmək, işğal altındakı torpaqlarımızı dərhal azad etmək qüdrətindədir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin paradda çox parlaq və dərin məzmunlu nitq söylədiyini xatırladan S.Qafarovanın sözlərinə görə, Ali Baş Komandan həm ordumuzun inkişaf tarixinə, mövcud vəziyyətinə dair əhatəli təhlillər apardı, həm də Silahlı Qüvvələrimizin qarşısında duran vəzifələr, hədəflərimiz barədə mühüm mesajlar verdi: "Eyni zamanda, bu parad Azərbaycan ordusunun gücünü düşmənə və bütün dünyaya nümayiş etdirdi. Bu parad Azərbaycanda aparılan ordu quruculuğu siyasətinin nə qədər effektiv və uğurlu nəticələrlə müşayiət olunduğunu təsdiqlədi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müasir ordu quruculuğu istiqamətində geniş miqyaslı tədbirlər həyata keçirilir. Son illər ərzində bu sahədə həyata keçirilən davamlı islahatlar nəticəsində Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhrəsini verib. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada istənilən döyüş tapşırığını yerinə yetirmək, ölkəni bütün hədələrdən müdafiə etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir hərbi strukturu sayılır və dünyanın ən yaxşı təchiz olunmuş, döyüş qabiliyyətli 50 ordusu sırasına daxildir”.
S.Qafarova qeyd etdi ki, Ali Baş Komandan İlham Əliyevin də vurğuladığı kimi, bu gün ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünyanın nadir ölkələrindəndir: "Eyni zamanda, Azərbaycan ordusunun döyüş qabiliyyəti də çox yüksəkdir. 2016-cı ilin aprel döyüşlərində əldə olunan misilsiz qələbə, bu ilin may ayında Naxçıvanın Şərur rayonunun Ermənistanla sərhəd bölgəsində aparılmış böyük strateji əhəmiyyət daşıyan əməliyyatın uğurla başa çatdırılması həm də bu reallığı sübuta yetirdi ki, Azərbaycan Ordusu istənilən vaxt işğal altında olan torpaqlarımızı azad etmək və qarşıya qoyulmuş bütün tapşırıqları uğurla icra etmək əzmində və qüdrətindədir. Bu qələbələrin ifadə etdiyi başqa bir məqam həm də ondan ibarətdir ki, Ermənistanın öz ordusu ilə bağlı yaydığı mif də artıq darmadağın edilib. İndi erməni xalqı illərdir ki, onlara güclü orduya malik olmaları ilə bağlı uydurulan yalanların sabun köpüyündən başqa bir şey olmadığını dərk edir və bundan da ciddi şəkildə təşviş keçirir. Hər halda, son günlərdə Ermənistan cəmiyyətində müşahidə olunan ab-hava, ümidsizlik, onların Azərbaycan Ordusunun və dövlətinin qüdrəti ilə barışdıqlarını göstərir.
Azərbaycan cəmiyyətində isə əksinə ordumuza böyük etimad və əminlik hakimdir. Ali Baş Komandan paradda bildirdi ki, biz elə bir güclü ordu yaratmışıq ki, düşmənin bütün strateji hədəflərini məhv etməyə qadirdir”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, indiki məqamda belə bir hərbi paradın keçirilməsi vacib idi: "Sonuncu dəfə hərbi parad 2013-cü ildə keçirilmişdi və son 5 ildə Azərbaycan ordusu xeyli inkişaf yolu keçib. Ordu modernləşib, yeni hərbi texnikaıar alınıb. Bunların hamısının göstərilməsi vacib idi. Bu həm dünya, həm də əsasən Ermənistana mesaj idi. Eyni zamanda paradda Azərbaycan prezidentinin çox vacib mesajları oldu. Hesab edirəm ki, bu da çatdırılmalı idi. Düzdür, prezident bütün çıxışlarında silahlı qüvvələr və Qarabağ barədə danışıb. Amma bu, elə bir tədbir idi ki, burada fikirlərin cəmləşdirilməsi və Ermənistana çatdırılması mühüm idi. Əsas fikir isə o idi ki, hələ müharibə başa çatmayıb, savaşın birinci mərhələsi yekunlaşıb. Bu o demək idi ki, artıq sülh yolu ilə münaqişənin həlli mümkün deyil, beynəlxalq hüquq işləmir və bunu dövlət başçısı da etiraf etdi. Hesab edirəm ki, 2016-cı ildə və son olaraq Naxçıvan əməliyyatından sonra bu strategiya davam etdiriləcək. Biz yeni strateji yüksəkliklərin geri qaytarılmasını görəcəyik”.
E.Şahinoğlu əlavə etdi ki, dövlət başçısı Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də qüvvədə qaldığını xüsusi vurğulayıb: "Bu isə əslində prezident İlham Əliyevin Rusiyanın xarici işlər naziri Sergey Lavrova qeyri-rəsmi cavabı idi. Çünki Lavrov açıq-aşkar dedi ki, guya BMT qətnamələri atəşkəsin və dialoqun davam üçün qəbul edilib. Halbuki, bu, belə deyil. Bu qətnamələr yerinə yetirilməsi üçün qəbul edilib və orada açıq şəkildə yazılıb ki, işğal altında olan torpaqlar boşaldılmalıdır. Bu da ondan xəbər verir ki, Rusiya hakimiyyəti bu məsələyə çox laqeyd yanaşır, münaqişənin ədalətli həllində maraqlı deyil. Ona görə də dövlət başçısı da paradda qeyd etdi ki, əgər beynəlxalq hüquq işləmirsə, biz ordumuzu gücləndirəcəyik və strateji yüksəklikləri geri alacağıq”.
Bəxtiyar MƏMMƏDLİ