AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

"OPEC+" ölkələrinin virtual iclası başlayıb

İqtisadiyyat
09 Aprel 2020, 19:29 316
"OPEC+" (Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin virtual iclası başlayıb.
"APA-Economics"in məlumatına görə, video-konfrans formatında keçirilən görüşün əsas məqsədi neft bazarının sabitləşdirilməsi, o cümlədən "OPEC+" ölkələrinin gündəlik neft hasilatını 10 mln. barel azaltmasına dair razılığın əldə olunmasıdır. Görüşdə yeni "Əməkdaşlıq Bəyannaməsi"nin müzakirəsi də nəzərdə tutulur.
Qeyd edək ki, görüş ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Səudiyyə Ərəbistanı Krallığının çağırışı ilə keçirilir.

Xatırladaq ki, sözügedən görüşə Azərbaycan da qatılıb.