“Nissan” şirkəti 450 mindən çox avtomobilini geri çağırır

“Nissan” şirkəti 450 mindən çox avtomobilini geri çağırır

İqtisadiyyat
16 Noyabr 2019, 16:15 1483
Yaponiyanın tanınmış "Nissan” avtomobil konserni ABŞ və Yaxın Şərqdən 450 mindən çox avtomobilini əyləc mayesinin sızmasına görə geri çağırır.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, bu nasazlığın yanğın törətmək təhlükəsi olduğu bildirilir.
Həmin avtomobillərin 436 mini ABŞ və Kanadadan, 8 mini isə Yaxın Şərqdən geri çağırılacaq.