• cümə axşamı, 18 aprel, 19:50
  • Baku Bakı 21°C

Nazir: İşğaldan azad edilən ərazilərdə yeni texnologiyaların tətbiqi ərzaq təhlükəsizliyini artıracaq

10.06.21 10:27 239
Nazir: İşğaldan azad edilən ərazilərdə yeni texnologiyaların tətbiqi ərzaq təhlükəsizliyini artıracaq
Azərbaycanın işğaldan azad edilən əraziləri hesabına əkin dövriyyəsinin genişləndirilməsi, burada yeni texnologiyaların tətbiqi ilə ərzaq təhlükəsizliyinin artırılması üçün böyük töhfələr verəcək.
"APA-Economics" xəbər verir ki, bunu 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro 2021” və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan 2021” sərgilərinin açılışında çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov deyib.
Nazirin sözlərinə görə, bu gün kənd təsərrüfatı sahəsində innovasiyaların, mütərəqqi texnologiyaların və həllərin tətbiqi əsas vəzifələrdəndir: "Builki sərgidə pandemiya çətinliyi ilə üzləşdiyimizə baxmayaraq, çalışırıq ki, bu il daha çox innovativ həllər tətbiq edilsin. Təşkilatçılarla artıq razılaşmışıq ki, 2022-ci ildə təşkil olunacaq sərgidə sırf aqrar sahədə smart həllərə daha çox yer ayrılsın, növbəti sərgimizi "Caspian Agro Smart" formatında təşkil edək".

banner

Oxşar Xəbərlər