• cümə axşamı, 18 aprel, 23:37
  • Baku Bakı 21°C

Naxçıvanda 10 il ərzində 35 min 791 yeni iş yeri açılıb

11.02.20 14:43 3216
Naxçıvanda 10 il ərzində 35 min 791 yeni iş yeri açılıb
2010-cu ildən 2020-ci ilədək muxtar respublikada, ümumilikdə, 35 min 791 yeni iş yeri açılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindənAZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yüksək əməktutumlu iş yerlərinin yaradılması əhalinin səmərəli məşğulluğunu təmin edib, 2009-cu ilin sonu ilə müqayisədə məşğul əhalinin sayı 20,2 faiz artaraq 2019-cu ilin sonuna 249 min nəfər olub.
2019-cu ildə bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 484 manatdan çox olub ki, bu da 2009-cu ildəki müvafiq göstəricidən 1,8 dəfə çoxdur.
banner

Oxşar Xəbərlər