• cümə axşamı, 28 mart, 17:23
  • Baku Bakı 16°C

Nağdsız ödənişlərin genişləndirilməsi üçün islahatlar gücləndiriləcək

30.12.21 10:22 242
Nağdsız ödənişlərin genişləndirilməsi üçün islahatlar gücləndiriləcək
2022-ci ilə Mərkəzi Bankın pul siyasəti xarici mühitdə əhəmiyyətli qeyri-müəyyənliklərin qaldığı şəraitdə inflyasiyanın hədəf diapazonuna doğru dinamikasının təmin edilməsinə və ortamüddətli dövrdə bu diapazonda dayanıqlı lövbərləşməsinə yönəldiləcək.
Kaspi.az-ın Mərkəzi Bankın 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatına istinadən məlumatına görə, COVID-19 virusunun yeni ştammlarının yaratdığı risklər və artan qeyri-müəyyənliklər şəraitində 2022-ci ildə qlobal iqtisadi artımın davam edəcəyi gözlənilir.
Maliyyə sektorunda dayanıqlı sabitliyin təmin edilməsi, maliyyə bazarlarının müxtəlif seqmentlərinin davamlı və stabil fəaliyyətinin dəstəklənməsi, iqtisadiyyatda maliyyə-bank sektorunun rolunun gücləndirilməsi, nağdsız ödənişlərin genişləndirilməsi istiqamətlərində siyasət və islahatlar çərçivəsi gücləndiriləcək.
banner

Oxşar Xəbərlər