AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

MSK iclaslarından kənar bir sıra seçki məntəqələrində nəticələr ləğv edilib

MSK iclaslarından kənar bir sıra seçki məntəqələrində nəticələr ləğv edilib

Siyasət
25 Fevral 2020, 20:28 856
Mərkəzi Seçki Komissiyasının (MSK) iclaslarından əlavə bir sıra seçki məntəqələrində səsvermənin nəticələri ləğv edilib.
Trend-in məlumatına görə, MSK-nın bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova bildirib ki, təqdim edilmiş protokollarım və buna əlavə edilmiş seçki sənədlərinin yoxlanılması zamanı bir sıra seçki dairələri üzrə seçki məntəqələrində qanun pozuntuları müəyyən edilib. Onun sözlərinə görə, 11 saylı Qaradağ Seçki dairəsinin 5 saylı, 54 saylı Şabran-Siyəzən Seçki Dairəsinin 12, 19, 45 və 61 saylı, 91 saylı Ucar Seçki Dairəsinin 8, 13 və 20 saylı, 101 Göygöl-Daşkəsən Seçki Dairəsinin 3, 6, 24, 32 və 42 saylı, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairəsinin 66 saylı seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyən etməyən hallar aşkarlanıb. Həmin seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız sayılıb.