Milli Kitabxanada Dirçəliş Günü ilə əlaqədar kitab sərgisi açılıb
Noyabrın 17-də Milli Kitabxanada "17 noyabr – Milli Dirçəliş Günüdür” adlı kitab sərgisi açılıb.
KitabxanadanAZƏRTAC-a bildiriblər ki, sərgidə Azərbaycan xalqının milli istiqlal mübarizəsinə, dövlətçilik tariximizə dair Azərbaycan və xarici dillərdə nəşr edilmiş kitablar, dövri mətbuat materialları nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.