• cümə, 19 Aprel, 06:11
  • Baku Bakı 13°C

Millət vəkili: “Biz ən kritik vəziyyətə hazır olmalıyıq”

11.07.20 09:15 475
Millət vəkili: “Biz ən kritik vəziyyətə hazır olmalıyıq”
Tamam Cəfərova: "Xəstəxana kompleksləri ölkənin səhiyyə sisteminə əlavə 2000 çarpayılıq ehtiyat yaradır"
"Azərbaycan dövlətinin koronavirus pandemiyasının yayıldığı ilk günlərdən onunla mübarizə istiqamətində atdığı çox mühüm addımlar sırasında modul tipli xəstəxanaların yaradılması böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanıldı ki, onlardan da bir neçəsinin açılışı olub, 5 modul tipli xəstəxana artıq fəaliyyətdədir. Bildiyimiz kimi, ikisi Bakıda, biri Sumqayıtda, biri Gəncədə, biri Abşeron rayonunda artıq fəaliyyətdədir və beşinin də tikintisi gedir. Ümumilikdə, yaradılacaq modul tipli xəstəxana kompleksləri ölkənin səhiyyə sisteminə əlavə 2000 çarpayılıq ehtiyat yaradır. Ancaq Prezident Cənab İlham Əliyevin qeyd etdiyi kimi, xəstəliyin dinamikasıdan görünür ki, əlavə xəstəxanalara ehtiyac olacaq. Ona görə də Cənab Prezident bu yaxınlarda göstəriş verib ki, əlavə on modul tipli xəstəxana sifariş olunsun, onların yerləri müəyyən edilsin və biz ən kritik vəziyyətə hazır olmalıyıq”.
Bu sözləri millət vəkili Tamam Cəfərova Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və "Xəzər” Televiziyasına verdiyi müsahibəni şərh edərkən, deyib.
"Azərbaycan adambaşına düşən testlərin sayına görə dünyada təqribən 40-cı yerdədir"
O qeyd edib ki, məhz Azərbaycan Prezidentinin uzaqgörənliyi nəticəsində ilk günlərdən qabaqlayıcı tədbirlərin görülməsi, məqsədyönlü addımlar atılması bu gün ölkəmizdə vəziyyəti tam nəzarətdə saxlamağa imkan verib: "Azərbaycan Prezidenti İlham Əliyev ölkənin üç aparıcı televiziyasına verdiyi müsahibəsində ölkəmizdə koronavirus pandemiyası ilə bağlı vəziyyəti ətraflı şərh etmişdir. Ölkə başçısı koronavirusla mübarizə ilə əlaqədar modul tipli xəstəxanaların açılmasına xüsusi diqqət yetirmişdir. Cənab Prezident qeyd etmişdir ki, hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alır, həmin tibb müəssilərinin 36-sı dövlət başçısının müvafiq Sərəncamları ilə inşa edilmişdir. Dövlət başçısının müsahibəsində qeyd etdiyi kimi, baxmayaraq ki, hazırda ölkəmizdə gündə təqribən 500 yeni xəstə qeydə alınır, yəni yoluxmanın tempi yüksəkdir, ancaq vəziyyət yenə də tam nəzarət altındadır. Həm də bu nəzarət təkcə mərkəzdə, iri şəhərlərdə deyil, bütün ölkə miqyasında uğurla həyat keçirilir. Təsadüfi deyil ki, koronavirusla mübarizəyə cəlb olunmuş 45 xəstəxananın əksəriyyətinin bölgələrdə yerləşir. Pandemiyanın ilk aylarında respublikamızda cəmi 6 laboratoriya var idisə, hazırda onların sayı 29-a çatıb, daha 15 yeni laboratoriya sifariş edilib. Beləliklə onlar da istifadəyə verildikdən sonra belə laboratoriyaların sayı 44-ə çatacaqdır. Məhz, belə uğurlu addımlara görə Azərbaycan adambaşına düşən testlərin sayına görə dünyada təqribən 40-cı yerdədir”.
"Cənab Prezident həmişəki kimi, öz vətəndaşının yanındadır"
Tamam Cəfərova vurğulayıb ki, yeni istifadəyə verilən Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalı xəstəliklə mübarizədə əlavə imkanlar yaradacaq: "Ən önəmlisi odur ki, bu xəstəxana 800 çarpayılıqdır. Bu xəstəxanada bütün lazımi şərait yaradılıbdır. Palatalar, laboratoriya, diaqnostika mərkəzi, həkimlər üçün yaxşı şərait vardır. Bu ərazidə təqribən bir ay-ay yarım ərzində yeni xəstəxana inşa ediləcək. O da modul tipli xəstəxana olacaq. Orada çarpayıların sayı 1300-ə qədərdir. Yəni, təqribən iki ay ərzində 2 mindən çox xəstəni burada yerləşdimək mümkün olacaq. Və nəzərə alsaq ki, bu il istifadəyə verilmiş "Yeni klinika”da hazırda 350 xəstə müalicə alır və qısa müddət ərzində orada çarpayıların sayını 700-750-yə çatdırılacaq, deyə bilərik ki, bu gün ölkəmizdə kifayət qədər boş çarpayılarımız var. Cənab Prezidentin qeyd etdiyi kimi "əgər buna ehtiyac yaranarsa, biz qısa müddət ərzində 5 mindən çox xəstəni yerləşdirə biləcəyik - yəni, xəstəxanalarda 2100, modul tipli 15 xəstəxanada 3 min, "Yeni klinika”da əlavə 350. Biz hər bir vəziyyətə hazır olmalıyıq. İlk gündən bütün qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində bu gün vəziyyət nəzarət altındadır və ölkə başçısı əlindən gələni edir ki, kritik vəziyyətə hazır olaq. Bütün bunlar bir daha göstərir ki, Cənab Prezident həmişəki kimi, öz vətəndaşının yanındadır”.
Alpər TURAN
banner

Oxşar Xəbərlər