AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Millət vəkili aktyor Çingiz Əhmədovla görüşdü

Millət vəkili aktyor Çingiz Əhmədovla görüşdü

Mədəniyyət
07 Fevral 2021, 16:30 570
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tanınmıs aktyor, əməkdar artist Çingiz Əhmədov və onun həyat və sənət yoldaşı Mehriban Əhmədovanı Mədəniyyət Komitəsində qəbul edib.
Kaspi.az xəbər verir ki, görüşdə aktyorun sənəti, yaradıcılıq planları barədə söhbət edilib.
Əhmədovlar ailəsinin övladı İbrahim Çingizin də sənət yolu seçdiyini, Rus Dram Teatrının sevilən gənc aktyoru olduğunu vurğulayan Qənirə Paşayeva sənətçi ailəsinə yeni uğurlar diləyib.
"Umidvaram ki, pandemiya məhdudiyyətləri də atadan qalxacaq və teatrlar öz sadiq tamaşaçılarına qovuşacaq”, - millət vəkili bildirib.
Ç.Əhmədov və M.Əhmədova səmimi qəbul üçün Q.Paşayevaya təşəkkür edib.