MİF YARADICILIĞINDA REALİSTİK SİMVOLİZM
Biz, Parnas (Yunan mifologiyasında Poseydonun oğlu – X.A) vasitəsilə idealistik simvolizmin antik dövrün estetikasından, Höte simvolizmi vasitəsilə isə realistik simvolizmin orta əsrlərin mistik realizmdən yarandığını yəqin etmişik. İdealistik simvolizmin prinsipi psixoloji və subyektiv, realistik simvolizmin prinsipini isə obyektiv və mistikdir. Birinci tip üçün simvol vasitə, ikinci tip üçünsə simvol məqsəddir. Həqiqətin daha çox simvolik cəhətdən açılmasına yaxınlaşmaq mif yaradıcılığıdır. Realistik simvolizm mifə doğru simvol vasitəsilə gedir; mif artıq simvolun tərkibindədir, ona immanentdir (daxildir); simvolun görünüşü simvolda mifi aşkarlayır.
Mif yaradıcılığı realistik simvolizmin əsasında yaranır. İdealistik simvolizm qədim mifləri yeni tərzdə canlandıra bilər. O, mifləri bəzəyib müasir düşüncə tərzinə yaxınlaşdırır, ona yeni fəlsəfi və psixoloji məzmun verir. Lakin bu cür etməklə birincisi yeni mif yaratmır, ikincisi isə qədim mifin canını alaraq bizə onun ancaq ölü surətini və ya kabus kimi görüntüsünü ötürür. Mif reallıqların təzahürüdür. Və əsil mifin istənilən izahı, şərhi onun təhrif edilməsidir. Yeni mif isə həmin reallıqların açıqlanmasıdır. Kimsə tərəfindən gizlində aşkarlanmış hər hansı bir həqiqət, təsadüf nəticəsində ortalığa çıxa bilər. Həmin bu dərketmə müəyyən insanlara aşkar olandan sonra, onlar üçün ruha əşyalar haqqında obyektiv həqiqətləri açan adekvat xatırlanma vacib görünə bilər. O zaman bu yeni həqiqətin estetik və mistik dərk edilməsi hamı tərəfindən qəbul edilən əsil mif olar. Yaradıcılıqda idealistik tipdə mifin surroqatı - saxtası ilə rastlaşanda, yardacının qəlbini, ruhunu, onun subyektiv dünyasını öyrənir və bunu zamanın daxili tələbi kimi yaratdığını anlayırıq. Əsil mifdə isə nə onu yaradanı, nə də öz şəxsiyyətimizi görürük. Lakin buna baxmayaraq yeni idrakın həqiqiliyinə gözüyumlu inanırıq.
Əsil mifin yaradıldığı qədim zamanlarda onlar "realia in rebus"u (cisimlərdəki reallıq – X.A) xatırlayaraq idrak suallarına cavab verirdilər. Qədim insan günəş anlayışını bəzəmək və ya mənasına müəyyən rəng qatmaq üçün onu Titan Hiperiona və ya günəş allahı Helios adlandırmamışdı. Bununla onu insana oxşar işıqlı dairəyə bənzətməkdənsə, daha yaxın və daha gerçək əlamətləndirmək niyyətində idi. Qədim insan onu sarsılmaz titan və ya əlində piyalə tutmuş gənc allah kimi təsvir etməklə isə, gözlə görünən dairədən daha çox həqiqi və gerçək bir şey kimi təsdiqləyirdi. Və hər hansı bir başqa mif yaradan gəlib özündən əvvəlkinə etiraz edəndə ki, Helios (Günəş allahı – X.A.) və Hiperion (qədim yunan mifologiyasında titan – X.A.) birlikdə Günəş deyil, məhz Helios günəş, Hiperion isə onun atasıdır, Helios - Febdir (Apollonun poetik adı – X.A.), orfiklər (qədim Yunanıstanda mistik elmin nümayəndələri – X.A.) və mistiklər (fövqəladə qüvvələrə inanlar – X.A.) Heliosun bu vaxtadək gecə günəşi kimi tanınan Dionis (Yunan mifologiyasında həmişə cavan qalan şərab və eyş-işrət allahı – X.A.) olduğunu elan edəndə əslində onlar yeganə gizli məxluq - "res" (cisim) haqqında mübahisələr aparırdılar. Və onlardan hər biri "res" haqqında özündən əvəllkindən daha real və həqiqətəbənzər nələrsə deməyə çalışırdı. Yeni mifin yaranmasını gözlərkən insan mistik şüurun və ya itirilmiş, unudulmuş dini böyüklüyün gizlin qalmış məğzini hələ dəqiq bilmir. Bu cür tərəddüdlü anlarda mif yaradıcılığının əsil mahiyyəti özünü büruzə verir. Afina qurbangahında daş kitabədəki yazı - "gizli allaha", palatin mehrabındakı ithaf - "ya allaha, ya ilahəyə" məhz buradan gəlib.
Belə məlum olur ki, mif inancın bəsirətindən yaranır və yuxunun nişanəsi, əşyanın əsil mahiyyəti haqqında son həqiqətin mistik heroqlifidir. Mif - mifik hadisə, kosmik sirlər haqqında xatirədir. Və Uran selinin Geya (xaosdan yaranan yer allahı, yer üzərində bitən və yaşayan hər bir şeyin anası – X.A.) üzərinə yağması haqqında danışarkən, Esxil (həqiqətən də günəşin yer üzərinə doğub, onu sevib, münbitləşdirərək məhsuldar etdiyi barədə xəbər verirdi. Sergey Mitrofanoviç Qorodeskinin (şair, tərcüməçi) "Qəzəb"ində mifin sirlərini hiss edən və məharətlə onu təsvir edən gəncin şeirləri var ("Dahi ana"):
Ey gənc qızıl çariça, sən gəldin!
Üzünü səmaya dirədin.
Dionisin sirlərindən qızararaq
Çörək üçün sünbül toplayaraq!
Qızarmış yanaqlarını yuxarı qaldırdılar!
Buğdalar səninlə yetişsin.
Qızılı çariça, sən gedəcəksən,
Bütün kölgələr dağılacaq!
Lakin qızardıqları ana sadiq qalacaq -
Bəsirətli sifətlər.
Və kömbəni bölən qarı
Tovuz quşu lələklərindən nağıl danışacaq!
Bu halda real mistik hadisə Demetra (yunan mifologiyasında torpaq və məhsuldarlıq ilahəsi – X.A.) ilə Dionisin nikahıdır. O, adi məişət planında baş tutmuş bir hadisədir və fiziki aləmdəki əşyaların ruhu olduğu üçün çörək sünbüllərinin xatirində qalaraq İlahi sirbilmə müttəfiqidir. Çörəyə bilavasitə aidiyyatı olan adamın da başqa hadisələrin əlamətləri ilə yadda qalan ilkin, tam dərk edilməmiş sirlərə aidiyyatı olduğu aydınlaşır: bu qarışıq xatirələr mifin dərin mahiyyətidir. Loqos (söz, düşüncə, fikir – X.A) və yerin ruhu arasındakı nikahın mistikiyi və aydınlığı xalq mifində ola bilməz. Kömbəni bölüşdürən qarı mütləq özünə uyğun həqiqətlərlə Tovuzquşu haqqında qədim və yalan olan bir nağılı danışacaq.
Şair buna inanır və öz intuisiyasına görə dünyanı dərk edir. Mif yaradıcılığı - inam yaradıcılığıdır. Mif yaradıcılığının işi əslində "görünməyənləri ifşa etmək, aşkarlamaqdır". Və realistik simvolizm sənətkarın görə bildiyi bütün reallıqların etirafıdır. Bu cür sirlərin aşkarlanmasını biz ədəbiyyatda realistik simvolizmin dahisi hesab etdiyimiz Fyodor İvanoviç Tyutçevdə (şair, diplomat –X.A.) də müşahidə edirik.
Tyutçev dediklərini gizli reallığın ierofantı (kahin – X.A.) kimi qələmə verir. Gecə küləyinin kədəri, xaosun yarıyuxulu oyanışı, üfüqdəki tutqun parıltı, ay işığında rəqs edən səslər; günün və yuxuda keçən vaxtın dərketməsi, qeyri-cismani dünya, eşidilən, lakin gözlə görünməyən inilti, səmalarda açıq-aşkar çapan dünya yaranışının cəng arabası; insan harayına hay verəcək canlı ruh, canlı musiqi və s. şair üçün obyektiv həqiqətləri dilə gətirmək üçündür, bütün bunlar artıq mifdir. Puşkin çox nadir hallarda dərketmənin birinci anında - dərketmənin dərk edəni həddindən artıq çox üstələməsi anında dayanır: o bir andaca həmin ziddiyyəti aşır və təsvir edərək təsvir olunanla tam bir hormoniya təşkil edir. Vladimir Solovyovun (filosof – X.A) şəxsi həyatında baş verən hadisələr astroloq və kimyaçıların dili ilə desək, astroloji planda onun poetik ilham mənbəyidir. O, ancaq öz şəxsiyyətinin real mifi kimi artıq baş vermişləri təsvir edir. "Üç görüş" poeması buna misal ola bilər. Həmçinin yüzlərlə lirik şeir gedənlərlə, tərk edənlərlə ünsiyyətə həsr olunub. Vladimir Solovyov sənətin ali məqsədini sehrbazlıq hesab edir. O, dünyanı kökündən dəyişən təbiətdənkənar aydınlaşmaların və maddənin (cismin) qalın, kobud üst qatından əsil gözəlliyin qurtarılmasını sənətkar sehrbazlığı adlandırır. Solovyov Dostoyevski haqqında deyirdi: "sənətkarlar və şairlər yenə də peyğəmbər və kahin olmalıdırlar. Lakin artıq başqa, daha da vacib uca və ali bir mənada - nəyinki dini ideyalar onlara, onlar da dinə sahib çıxaraq, şüurlu şəkildə onu idarə edəcəklər".
Buradan həmin o biz dediyimiz mif yaradıcılığının ilk şərti - sənətkar ürəyinin şücaəti ortaya çıxır. O, ilahi birliklə bağlı heç nə yaratmamalı, özünü bunları realizə edə biləcək səviyyəyə qədər yetişdirməlidir. Və hər kəs tərəfindən duyulmamışdan əvvəl mif, öz daxilindəki təcrübənin hadisəsi, öz arenasında şəxsi, məzmununa görə isə şəxsidən daha artıq olmalıdır.
Çağdaş poeziyamızın mifə yaxınlaşmaq cəhdləri, əlbəttə ki, mif yaradıcılığına xas sehrbazlıqlardan uzaqdır. Bu cəhdləri biz hər şeydən əvvəl dönüş, daha dəqiq desək, çağdaş ruhun eyni zamanda həm realistik, həm də psixoloji olan başqa dərketməyə gün dönümü anlamını veririk. Əslində bizə folklorun mövzusu yox, ruhun ona qayıdışı və onun yeni, kövrək və təsadüfən "məişətin qaranlıq köklərinə" toxunması dəyərlidir. Liramızın (simli, kifaradan daha sadə quruluşlu olan musiqi aləti – X.A.) dindən uzaq ruhda köklənməsi və ya metafizik istiqamətlənməsi özü-özlüyündə səmərəlidir. Lakin həyatın gözəl kaleydoskopu iblis maskaradına bürünərək eybəcərcəsinə dəyişiləndə, mahiyyətlə bağlı şəxsiyyətdən kənar və hisslərlə qavranılmayan birinci - tünd və lal-kar dərketmə möcüzəli yuxudan boğucu kabusa çevrilir ...
Gələcəyin şair və sənətkarlarını Vladimir Sovolyov kimi sehrbaz adlandırmaq olarsa, onlardan gələn və ya onlardan keçən mif yaradıcılığından da danışmaq olar. Vladimir Solovyovun fikrincə bundan ötrü dini ideyalar onlara elə sahiblik etməlidir ki, sonralar özləri "ona yiyələnərək şüurlu şəkildə idarə edə bilsinlər".
Çağdaş sənət dini problemlərlə realistik simvolizim və onunla orqanik şəkildə bağlı olan mif yaradıcılığı vasitəsilə bir-birilə yanaşı dayanıb. İlk baxışdan dini problem iki cürdür: bir tərəfdə dinin mühafizəsi, qorunması problemi, digər tərəfdə isə dini yaradıcılıq problemi. Əslində isə bunların hər ikisi elə birdir. Daxildə yaradıcılıq olmadan dini qorumaq mümkün deyil, o, artıq məhv olunmuşdur. Suroqat (süni) yaradıcılıqda və ya dinəbənzər qollarda doğulmayan əsil dini yaradıcılıq isə, elə dinin qorunmasıdır. Əgər mif və simvolizmin şüarını öz şüarın etməsən, simvol magiyası ilə dini mühitə yaxınlaşan sənət, mütləq şəkildə qeyri-dini mahiyyətin bir formasına çevriləcək.
Rus dilindən tərcümə edən: Xanım Aydın