• şənbə, 02 Mart, 14:36
  • Baku Bakı 9°C

Məşhur pianoçu Mixail Pletnyov Heydər Əliyev Mərkəzində çıxış edəcək

27.03.23 14:45 548
Məşhur pianoçu Mixail Pletnyov Heydər Əliyev Mərkəzində çıxış edəcək

Mayın 26-da Heydər Əliyev Mərkəzinin səhnəsində “Qremmi” mükafatı laureatı, pianoçu Mixail Pletnyov çıxış edəcək.

İki hissədən ibarət konsertdə, həmçinin Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəylı adına Azərbaycan Dövlət Simfonik Orkestri tamaşaçılar qarşısında olacaq. Gecədə bu il dünyada 150 illik yubileyi qeyd olunan Sergey Raxmaninovun əsərləri səslənəcək.

Dünyaca məşhur pianoçu, bəstəkar və dirijor Mixail Pletnyov dövrünün nüfuzlu musiqiçilərindən biridir. O, 16 yaşındaykən Parisdə gənclərin beynəlxalq fortepiano müsabiqəsinin laureatı olsa da, geniş musiqi auditoriyasına 1978-ci ildən – Çaykovski adına beynəlxalq müsabiqənin qalibi olduqdan sonra tanınmağa başlayıb. Musiqiçi Avropanın və Amerikanın məşhur orkestrləri ilə müxtəlif ölkələrdə solo konsertlərlə çıxış edib. Mixail Pletnyov həm də Pyotr Çaykovskinin əsərlərinin dünyada ən yaxşı interpretasiyalarını təqdim edən musiqiçilərdəndir.

1980-ci ildə isə Pletnyovun dirijor kimi debütu olub. 1990-cı ildə pianoçu Rusiya tarixində ilk müstəqil orkestri – Rusiya Milli Orkestrini yaradıb və həmin orkestr Pletnyovun rəhbərliyi ilə dünyanın nüfuzlu musiqi kollektivləri siyahısında yer alıb.

banner

Oxşar Xəbərlər