• cümə axşamı, 28 mart, 18:53
  • Baku Bakı 13°C

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

10.07.19 18:29 440
Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
İyulun 10-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən Trend-ə verilən məlumata görə, hərrac zamanı 16 investor tərəfindən qiyməti 99.4966 AZN (6.51 faiz) olan 22 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 939 milyon 911 min 400 AZN olub. AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99.4966 AZN (6.51 faiz), orta ölçülmüş qiyməti 99.4966 AZN (6.51 faiz) müəyyən olunub. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 milyon AZN təşkil edib.
Notlar avqustun 7-də ödəniləcək.
banner

Oxşar Xəbərlər