• cümə axşamı, 18 aprel, 21:25
  • Baku Bakı 21°C

Mənsum İbrahimov: Bugünkü konsertimizi Qarabağda yazdığımız şanlı tarixə, Zəfərimizə həsr etmişik

03.08.21 14:45 401
Mənsum İbrahimov: Bugünkü konsertimizi Qarabağda yazdığımız şanlı tarixə, Zəfərimizə həsr etmişik
Muğam qrupumuz Qəbələdə keçirilən bu möhtəşəm Musiqi Festivalında yarandığı vaxtdan iştirak edir. Budəfəki festivalımız əvvəlkilərdən fərqlənir, daha maraqlıdır. Ona görə ki, doğma Qarabağımızda Zəfər çalandan, qələbə qazanandan sonra ilk dəfədir ki, bu festival keçirilir. Bildiyiniz kimi, keçən il pandemiya səbəbindən festival keçirilmədi. Builki festival, eyni zamanda, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunub. Biz konsertimizin adını elə-belə "Zəfər muğam kompozisiyası” adlandırmamışıq. "Qarabağ” muğam qrupu olaraq, bugünkü konsertimizi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun 44 gün ərzində Qarabağda yazdığı tarixə, Zəfərimizə, igid əsgərlərimizə, qazilərimizə həsr etmişik.
Bu sözləriAZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində XII Qəbələ Musiqi Festivalının iştirakçısı, "Qarabağ” muğam qrupunun rəhbəri, Xalq artisti, xanəndə Mənsum İbrahimov deyib.
Qəhrəman şəhidlərimizin ruhu qarşısında baş əydiyini, qazilərimizə, Vətən müharibəsi iştirakçılarına cansağlığı arzuladığını, bu Zəfərə görə onlara borclu olduğumuzu vurğulayan xanəndə deyib: "Ona görə də bugünkü konsert bütünlüklə Qarabağ Zəfərinə həsr olunub. Yetirmələrim Təyyar Bayramov, Gülzar Fərəcova, Günay İmamverdiyeva, gənc xanəndə Kənan Bayramlı, silahdaşlarım Elçin Həşimov, Elnur Əhmədov və digər musiqiçilər bu konsertə çox ciddi hazırlaşıblar. Düşünürəm ki, bundan sonra biz ancaq qalib xalq kimi, tamaşaçılarımızın qarşısında belə Zəfər konsertləri ilə çıxış edəcəyik. Qoy hər zaman Azərbaycan Zəfər çalsın, bayrağımız zirvələrdə dalğalansın!”.
banner

Oxşar Xəbərlər