Mənim atam
Xuan Rulfo
Xuan Rulfo (1918-1986) görkəmli Meksika yazarıdır.
Kənddə doğulub, böyüyüb. On beş yaşına dolanda ölkənin paytaxtı Mexikoya gəlib, burada fotoqrafçılıq və xırda məmurluq edib. Sonralar Hindu Problemlərini Araşdırma İnstitutunun əməkdaşı olub.
Elə həmin illərdə ədəbi fəaliyyətə başlayıb. Xuan Rulfonun iki əsas əsəri - "Alovlanan vadi” (1953) adlı hekayələr toplusu və "Pedro Paramo” (1955) romanı - onun doğma ştatı Xaliskonun kənd həyatından, hinduların acınacaqlı həyat tərzindən bəhs edir. Bu iki əsəriylə dünya miqyasında tanınan yazar Latın Amerikasında yeni və özünəməxsus nəsrin yaranmasında əhəmiyyətli rol oynayıbdır.
Mənim atam nəcib insan idi.
Dünyada hər şeyin qarışıq və nəhs olduğu vaxtlarda yaşayıb o. Həmin vaxtlar hamı yaşadığı günü birtəhər yola verməyə çalışdığından sabah üçün hər hansı bir plan qura bilmirdi. Sabaha ümid haradaydı axı?!
Onu sübh çağı qətlə yetirmişdilər. Ölərkən o, nə öldüyünü anlayıb, nə də bunun səbəblərini. Onu öldürməklə bir ömür kitabını qapamışdılar. Başqaları üçün isə o, yaşamağına davam edirdi. Dünya yavaş-yavaş hüzura qovuşmuş, yenilənmişdi. Artıq havadakı yağış damlalarını sezmək mümkün idi. Yağışı seyr edən adamların içində hətta yeni bir ümid cücərməyə başlamışdı.
- Atanız öldü.
- Sənin körpə maralın öldü. İndi bu qucağındakı isə o heyvanın cəsədidir.
- Kimi deyirsən axı? Mənim atamı? O, heç vaxt ölə bilməz. Dünyada heç kəs ona qəsd edəmməz. Əks halda, intiqam hissinin bürüdüyü bu dünya məhvə sürüklənər. İnsanların əlləri quruyar və həyat onlardan ötrü olan-qalan mənasını da itirər. Atam bizlərə ömür bəxş eləmişdi və məhz onun sayəsində biz bu işıqlı dünyada mövcuduq. O, əsla ölə bilməz.
- Onu öldürüblər.
- Nə vaxt? Saat neçədə?
Həssaslığımı tamam itirsəm də, görünür, çevrəmdəki dünya-aləm hər şeyin fərqində idi.
- Bu gecə. Ayağa qalxıb, ona bax.
- Məni aldadırsan.
- Dəfn bu gündür.
- Dəfn-filan olmayacaq. Çünki mənim atam ölə bilməz. O, bizdən daha çox yaşayacaq. Bizə baxma, həyatı boyu nə kasıblıq onun yaxasını tanıyıb, nə də məhrumiyyətlər…
- Deməli, sən durub ona baxmaq da istəmirsən? Onu sevənlər və tanış-bilişlər gələnə qədər barı dur, atanla vidalaş.
- Atam ölməyib. Sadəcə sənin məni görən gözün yoxdur. Məni də elə buna görə yuxudan oyadırsan bu saatda. İmkan ver o şirin yuxumun ardını görüm.
- Yaxşı, necə bilirsənsə, elə də elə. Amma unutma: günortadan sonra o, dəfn ediləcək.
- İşığı söndür. İşığı söndür və buradan çıx, get. Əgər atam doğrudan da ölübsə, bəs onda niyə iri-şirsən? Çıx get! Mənim körpə maralım yuxudadır. Onu səksəndirmə. Sənin kimliyinə də bələdəm. Gecələr ora-bura vurnuxmaq və şirin yuxulara haram qatmaq yalnız şeytana xasdır. Atam ölməyib, sən yalan deyirsən. Yalan deyirsən, vəssalam! Rədd ol başımdan!
Ölümdən sonra
Təzəcə ölmüşəm. Dünən. Bəlkə də sizin üçün dünən "on il əvvəl” deməkdir. Məndən ötrü isə o vaxtdan cəmi bir neçə saat ötüb. Ölüm anlayışı zamana və məkana görə dəyişmir.
Sözünə belə davam elədi o:
Bir məsləhətim də olacaq sizə. Qoy arxanızca ağlaşmasınlar, çünki sonradan bu, ölülərin əleyhinə çevrilir. Dirilərin nə vecinədir ey?.. Ölülər isə bundan əbədi əziyyət çəkirlər. Axı, ölüm - əbədidir.
Sesar VALYEXO
İspandilli poeziyanın keçən yüzildə yetişdirdiyi ən böyük şairlərdən biridir. Peruda doğulub. 1915-ci ildə Lima Universitetinin filologiya fakültəsini bitirib. Şaxtaçı, müəllim, kassir vəzifələrində çalışaraq, özünə çörəkpulu qazanıb. 1920-ci ilin avqustunda şairin doğulduğu Santyaqo-de-Çuko şəhərində iqtisadi sıxıntılarla bağlı əhalinin kütləvi iğtişaşları başlayır. Bir ziyalı kimi bunlardan kənarda durmayan şair də, yüzlərlə həmyerlisi kimi, həbsə atılır, ciddi bir nədən göstərilmədən bir il həbsxanada yatır. Başına gətirilən haqsızlıqlar haqda Valyexonun yazdığı 77 şeiri, o, bir il sonra çapdan çıxan "Trilse” kitabına daxil edir. Həmin şeirlər onun poeziyasının artıq ənənələrdən, bədbinlikdən qopduğunu, avanqard tərzə, görünməmiş yeniliklərə, sərbəstliyə doğru yönəldiyini çox aşkar göstərirdi və bu baxımdan ilk kitabındakı şeirlərdən köklü şəkildə fərqlənirdi. Həbsdən çıxan şair yazırdı ki, mən indi ilk dəfə və həmişəkindən daha artıq dərəcədə anlayıram ki, insanın və sənətkarın ümdə vəzifəsi - azad yaşamaq və azad yazmaqdır.
Özünə, özünə inan
Sən durbinə inan, gözlərinə yox,
Pilləkənə inan, pillələrə yox,
Qanada arxalan, qartala deyil
və bir də özünə, özünə inan.
Sən badəyə inan, şəraba deyil,
Sən meyidə inan, canlıya deyil,
Sən zülümə inan, zalıma deyil
və bir də özünə, özünə inan.
Sən çoxluğa inan, təkliyə deyil,
Sən şalvara inan, ayaqlara yox,
Sən məcraya inan, sel-suya deyil
və bir də özünə, özünə inan.
Pəncərəyə inan, qapıya deyil,
Sən anana inan, doqquz aya yox,
Sən taleyə inan, təsadüfə yox
və bir də özünə, özünə inan.
Aforistik notlar
* Mən bitkiləri çiçəklərinə görə yox, köklərinə görə sevirəm.
* Ancaq heç bir iş görməyən adam ölmür. Həyatda nə isə eləmisənsə, deməli, artıq bir yol ölmüsən.
* İnsanın ölümü bəlkə də düşünüldüyü qədər fəci bir şey sayılmaz, çünki faciə… tamamilə başqa şeydir.
* O, ahıl doğulduğu üçün uşaq yaşda öldü. Baş-ayaq yaşanmış ömür.
* Mən hətta dırnaqlarımın da necə uzandığını duyuram.
* Mən sənə 20 frank borcluyam. Beş frank da ver, qoy sənə on beş frank borclu qalım. Hə, bunda başa düşülməyəcək nə var axı?
* Harayasa aparan yolun səni geri gətirməyi də var.
* Pikassonun estetikasını şeirə gətirmək - bax, buna mən deyərəm yeni poetika. Yəni ancaq sözün poetik mənada gözəlliyinə nail olmaq - heç bir sübuta ehtiyac duymayan, səbəbsiz, qabaqcadan düşünülməmiş gözəlliyinə. Pikasso da portretlərini beləcə, xətlərin və rənglərin harmoniyasına əsir düşərək yaradır, burun yerinə gah qutu, gah nərdivan, gah stəkan, gah da portağal çəkir.
* Qəribədir, mənə elə gəldi ki, ötüb keçən o adam mənəm. Lap bir almanın iki üzü qədər mənə oxşadı. Hətta ona tərəf dönəndə bir daha inandım ki, öz-özümlə toqquşmuşam.
* Mənim eynəyim yatıb. Lap saat kimi.
* Bethovenin musiqisini dinləyən qadınla kişi musiqinin dərinliyindən təsirlənərək ağlayırlar. Onlara demək istəyirsən ki, bu dərinlik - məhz sizin özünüzə məxsusdur.
* Bütün adamlar öz dərd-sərinin əlindən baş götürüb qaçır. Bax, odur, biri pilləkənlə düşür, digəri qatara tələsir, başqa birisi küçəni keçir. Məqsəd isə birdir: hər kəs sadəcə özündən qaçmağa çalışır.
* Teatrda estetikanın təzə növü: pyesdə müəlliflə, onun qohumları ilə yanaşı iştirak edən surətlər müəllifin gündəlik həyatına, işlərinə və yaşantılarına əngəl törədirlər. Bircə şeyi anlamaq olmur ki, bunlardan hansı səhnədəki surətlərə aiddir, hansı isə canlı insanlara.
* Məhəbbət - dalğa kimidir, o mənada ki, sevdiyim adamı mən yeri gələndə ata da bilərəm. Qoy sevdiyim adam mənim bu hüququmu da tanımaq zorunda qaldığını anlasın.
* Günlərin bir günü özünü itirən və vaxtilə oynadığı surətlərdən birinə çevrilən aktyor.
* Ağır-ağır irəliləyən yük arabasının cırıltısı zəhlətökən və ətürpəşdiricidir. Yükü yüngülləşincə isə onun çıxardığı səs də oynaq bir melodiyaya çevrilir.
* Gündüz gecəni qoynunda, içində gizlədir. Gecə isə gündüzü dışarıdan qucaqlayır.
* Rəqs təkrarlandıqca yeknəsəqləşir, şablona çevrilir. Əslində isə o, improvizasiyalardan ibarət olmalıdır, yəni hər ifa ilə yenidən doğulmalı və yenidən ölməlidir. Zənci rəqsləri məhz belədir.
* Həkimlər sübut edir ki, qaşqabağını tökmək üçün insan altmış dörd, gülümsəmək üçün isə vur-tut on üç əzələsini gərməlidir. Deməli, həqiqətən də sevinc kədərə nisbətən adamdan daha az əziyyət tələb edirmiş.
* Andre Breton danışır ki, bir səhər Filipp Supo Parisi dolaşmaq adıyla evdən çıxır və qarşısına çıxan hər qapını döyüb soruşur:
- Bağışlayın, Filipp Supo burada yaşayır?
Bir neçə küçəni bu cür ayaqdan salandan sonra tanımadığı bir evin qapısı arxasından o, belə bir cavab alır:
- Bəli, Filipp Supo cənabları burada yaşayır.
* Xorda nə qədər səs olursa-olsun, adətən bir cüt səs eşidilir.
* Əslində səma yerə nə yaxındır, nə də uzaq. Ölüm də həyata nə yaxındır, nə də uzaq. Biz daim axıb təzələnən Heraklit çayının sahilindəyik (eramızdan əvvəl 520-460-cı illərdə yaşadığı təxmin edilən qədim yunan filosofu Efesli Heraklitin "Hər şey axır, hər şey dəyişir. Bir çaya (suya) iki dəfə girmək imkansızdır” sözlərinə burada eyham vardır - A.Y.).
* Çestertonun hekayələrinin birində xəfiyyə, qatilin harada gizləndiyini nədənsə şübhəli görünən binanın memarlıq üslubunun onda buraxdığı müəmmalı təəssürata əsasən təyin edir.
Dilimizə çevirdi: Azad Yaşar
Xuan Rulfo (1918-1986) görkəmli Meksika yazarıdır.
Kənddə doğulub, böyüyüb. On beş yaşına dolanda ölkənin paytaxtı Mexikoya gəlib, burada fotoqrafçılıq və xırda məmurluq edib. Sonralar Hindu Problemlərini Araşdırma İnstitutunun əməkdaşı olub.
Elə həmin illərdə ədəbi fəaliyyətə başlayıb. Xuan Rulfonun iki əsas əsəri - "Alovlanan vadi” (1953) adlı hekayələr toplusu və "Pedro Paramo” (1955) romanı - onun doğma ştatı Xaliskonun kənd həyatından, hinduların acınacaqlı həyat tərzindən bəhs edir. Bu iki əsəriylə dünya miqyasında tanınan yazar Latın Amerikasında yeni və özünəməxsus nəsrin yaranmasında əhəmiyyətli rol oynayıbdır.
***
Mənim atam nəcib insan idi.
Dünyada hər şeyin qarışıq və nəhs olduğu vaxtlarda yaşayıb o. Həmin vaxtlar hamı yaşadığı günü birtəhər yola verməyə çalışdığından sabah üçün hər hansı bir plan qura bilmirdi. Sabaha ümid haradaydı axı?!
Onda
havalar da pis keçirmiş: elə zülmət imiş ki, nə günəşin işıq saçıb-saçmadığını,
nə də küləyin haradan - quzeydən, yoxsa güneydən - əsdiyini anlamaq olurmuş.
Dünya yaman
günə qalıbmış. Amma atam yaxşı adam olduğundan yaxşı günlərə, nurlu gələcəyə dərin
ümidlər bəsləyirmiş. Onu sübh çağı qətlə yetirmişdilər. Ölərkən o, nə öldüyünü anlayıb, nə də bunun səbəblərini. Onu öldürməklə bir ömür kitabını qapamışdılar. Başqaları üçün isə o, yaşamağına davam edirdi. Dünya yavaş-yavaş hüzura qovuşmuş, yenilənmişdi. Artıq havadakı yağış damlalarını sezmək mümkün idi. Yağışı seyr edən adamların içində hətta yeni bir ümid cücərməyə başlamışdı.
Atam zülmətdə,
qatı və gözdeşən zülmət içində keçinmişdi. Onunla bütün ölülər kimi vidalaşmış
və adi bir adam kimi torpağa tapşırmışdılar. Bizə isə demişdilər:
"Atanız
ölüb. Onun keçindiyi o sübh saatlarında adətən bütün ağrı-acılar səngiyir, körpələr
dünyaya gəlir və ölüm hökmü alanları edam edirlər. Həmin saatda insanlar hələ
ki, yarıoyaq olurlar, anlamsız, amma dözüləcək yuxular görürlər, o yuxular hər
nə qədər qaçılmaz olsalar da, vacibdirlər. - Atanız öldü.
Yuxuda
görmüşdüm ki, bir maral balasını qucağımda tutmuşam. Xumarlanan bu xırda heyvan
qanadsız quş kimi zərifdi, yatan birisinin sinəsində döyünən ürək qədər
sıcaqdı.
- Onun ömür
yolu artıq qırıldı. O sübh
saatları necə bədbin, necə rəngsiz, hətta tam rəngsiz idilərsə, hər şey əlçatmaz
görünürdü mənə.
Hiss
edirdim ki, ağlamalıyam, ürəyimi sıxıb, ondan bircə damla mərhəmət yaşı
çıxartmalıyam. Hönkürməyə çalışırdım. Yarıoyaq könlümü incitməyə, ağlatmağa can
atırdım, onu dərd gürzünə qoyub, çəkiclə döyəcləmək, ağrıtmaq istəyirdim. Bircə
şey keçirdi könlümdən - ağlamaq. Yetər ki, çəkdiyim dərd belə səssiz və lal
olmasın.- Sənin körpə maralın öldü. İndi bu qucağındakı isə o heyvanın cəsədidir.
İzninizlə
yuxumu sona qədər görüm, çünki qalan hər şey - yalandır! Çünki yuxuda olduğum
müddətdə heç kəs ölə bilməzdi.
- Sübh saat
üçdür artıq, atanın cəsədini gətirmişik. Onu bu gecə qətlə yetiriblər. - Kimi deyirsən axı? Mənim atamı? O, heç vaxt ölə bilməz. Dünyada heç kəs ona qəsd edəmməz. Əks halda, intiqam hissinin bürüdüyü bu dünya məhvə sürüklənər. İnsanların əlləri quruyar və həyat onlardan ötrü olan-qalan mənasını da itirər. Atam bizlərə ömür bəxş eləmişdi və məhz onun sayəsində biz bu işıqlı dünyada mövcuduq. O, əsla ölə bilməz.
- Onu öldürüblər.
- Nə vaxt? Saat neçədə?
Həssaslığımı tamam itirsəm də, görünür, çevrəmdəki dünya-aləm hər şeyin fərqində idi.
- Bu gecə. Ayağa qalxıb, ona bax.
- Məni aldadırsan.
- Dəfn bu gündür.
- Dəfn-filan olmayacaq. Çünki mənim atam ölə bilməz. O, bizdən daha çox yaşayacaq. Bizə baxma, həyatı boyu nə kasıblıq onun yaxasını tanıyıb, nə də məhrumiyyətlər…
- Deməli, sən durub ona baxmaq da istəmirsən? Onu sevənlər və tanış-bilişlər gələnə qədər barı dur, atanla vidalaş.
- Atam ölməyib. Sadəcə sənin məni görən gözün yoxdur. Məni də elə buna görə yuxudan oyadırsan bu saatda. İmkan ver o şirin yuxumun ardını görüm.
- Yaxşı, necə bilirsənsə, elə də elə. Amma unutma: günortadan sonra o, dəfn ediləcək.
- İşığı söndür. İşığı söndür və buradan çıx, get. Əgər atam doğrudan da ölübsə, bəs onda niyə iri-şirsən? Çıx get! Mənim körpə maralım yuxudadır. Onu səksəndirmə. Sənin kimliyinə də bələdəm. Gecələr ora-bura vurnuxmaq və şirin yuxulara haram qatmaq yalnız şeytana xasdır. Atam ölməyib, sən yalan deyirsən. Yalan deyirsən, vəssalam! Rədd ol başımdan!
Bunun
ardınca mən gözlərimdən qanlı yaşlar axıtdım. Elə ki, azca aralıda anamın
ağlayışını duydum, damarlarımda axan qan adi suya döndü.
Ölümdən sonra
Təzəcə ölmüşəm. Dünən. Bəlkə də sizin üçün dünən "on il əvvəl” deməkdir. Məndən ötrü isə o vaxtdan cəmi bir neçə saat ötüb. Ölüm anlayışı zamana və məkana görə dəyişmir.
Çünki ölüm
- ölümdür, onda heç bir daxili ziddiyyət yoxdur, o, nə "heç nə”, nə də "nə isə”
anlayışına müxalif, zidd ola bilər.
Ölülər aləmində
varlığa və yoxluğa yer yoxdur. Mənimlə bağlı vaxtilə dünyada var olan hər şey əs-lində
varlığımın bir növ transformasiyasıdır. Ətimi-sümüyümü gəmirən məzar qurdları
gözlərimin və ağzımın yerindəki boşluqlarda dolaşıb-dolaşıb, əldən düşüblər,
ölüblər. Buna qədər isə onlar özlərinin sonrakı nəsillərini, yenə də mənim
vücudumla qidalanan qurdları qoyub gediblər. Çürüməm nəticəsində bunlar dönə-dönə,
həm də ta sonsuzluğa qədər törəməklə var olacaqlar. Amma ölüm - bir inkişaf
prosesi deyil və mən torpağın altında, yəni gömüldüyüm əbədi mənzildə qərar
tutmuşam. Heç nə hiss
eləmirəm. Elə hey nə isə xatırlayıram. Adətən, də bu olumsuz bir yaşantı olur.
Mənə məxsus olan çox az saylı xoş yaşantılar sanki ruhumla birlikdə göylərə
uçublar və sonuncu göz yaşımla birgə dışarı dığırlanıblar.
Sizlərə bir
məsləhət vermək istərdim: ölüm ayağında ikən çalışın ağlayın. Ən azı bircə
damla yaş çı-xsın gözlərinizdən. O bir cüt damla ruhunuzun keçəcəyi yolu
islatmağa yetəcək. Çalışın ki, ruhunuz bədəninizdən rahat ayrılsın, yoxsa siz
bir insanın bəxtinə düşə biləcək ən acı, ən çəkilməz iztirablara məhkum
olarsınız.
Ruhun bədənindən
qopmasına imkan verməyən bir ölüylə mən yenicə tanış olmuşam. Dediyinə görə,
onu ölmədən, yəni elə diri-diri torpağa gömüblər. Odur ki, məzarda ikən canını
tapşırmalı olub, içini görünməmiş nifrət, kin və çarəsizlik dalğaları bürüyüb,
qan çanağına dönən gözləri dəhşətdən və fışqıran qandan tutulub. Nəticədə o,
zülmət məzarda ruhuyla baş-başa qalıb. Sözünə belə davam elədi o:
-
Elə sandım ki, cəhənnəmdəyəm. Hələ həyatda ikən bizlərə haqqında söz edilən əbədi
və amansız tonqala girirmiş kimi sarsıntılara qapıldım. Vücudumun hər xırda
hücrəsinin necə alışdığının fərqindəydim. Sümüklərim yanıb, külə dönsələr belə,
əzablarım bitmək bilmirdi. Tamamilə külə döndüyü halda bədənim öz yaşamını
sürdürürdü, sanki mən heç ölməmişdim. İçimdə nə isə bir ağrı var idi və
durmadan artırdı. Çoxdan yoxluğa qarışmış vücud qılıfımın dışına çıxmağa can
atırdı o. Ən nəhayət, mən intizarında olduğum o rahatlığa qovuşdum, taqətsiz
halda aşağılara yuvarlandım. Amma adətən ruh ya cənnətə, ya da cəhənnəmə yollanır.
Bədənin əsiri olan ruh isə atəşdə yanaraq təmizlənir. Gözlərimdən yaş çıxana qədər
bu əzablar davam elədi. Niyə ağladığımı da bilmirdim. Bəlkə ağrıdan? Amma həmin
vaxt ərzində hər hansı ağrı-sızı hiss eləmirdim axı… Bəlkə də mənim can çəkişməm
bu dərəcədə aşkar keçibmiş?! Vacib məqam odur ki, ən sonda rahatlığa qovuşdum.
Mənə bunca iztirab bəxş edən ruhum, axır ki, bədənimi tərk eləyə bildi.
Rahatlıq tapdım.
O adam mənə
bax, bunları danışmışdı. Bir məsləhətim də olacaq sizə. Qoy arxanızca ağlaşmasınlar, çünki sonradan bu, ölülərin əleyhinə çevrilir. Dirilərin nə vecinədir ey?.. Ölülər isə bundan əbədi əziyyət çəkirlər. Axı, ölüm - əbədidir.
Sesar VALYEXO
İspandilli poeziyanın keçən yüzildə yetişdirdiyi ən böyük şairlərdən biridir. Peruda doğulub. 1915-ci ildə Lima Universitetinin filologiya fakültəsini bitirib. Şaxtaçı, müəllim, kassir vəzifələrində çalışaraq, özünə çörəkpulu qazanıb. 1920-ci ilin avqustunda şairin doğulduğu Santyaqo-de-Çuko şəhərində iqtisadi sıxıntılarla bağlı əhalinin kütləvi iğtişaşları başlayır. Bir ziyalı kimi bunlardan kənarda durmayan şair də, yüzlərlə həmyerlisi kimi, həbsə atılır, ciddi bir nədən göstərilmədən bir il həbsxanada yatır. Başına gətirilən haqsızlıqlar haqda Valyexonun yazdığı 77 şeiri, o, bir il sonra çapdan çıxan "Trilse” kitabına daxil edir. Həmin şeirlər onun poeziyasının artıq ənənələrdən, bədbinlikdən qopduğunu, avanqard tərzə, görünməmiş yeniliklərə, sərbəstliyə doğru yönəldiyini çox aşkar göstərirdi və bu baxımdan ilk kitabındakı şeirlərdən köklü şəkildə fərqlənirdi. Həbsdən çıxan şair yazırdı ki, mən indi ilk dəfə və həmişəkindən daha artıq dərəcədə anlayıram ki, insanın və sənətkarın ümdə vəzifəsi - azad yaşamaq və azad yazmaqdır.
1922-ci
ildə Fransaya, Parisə gələn şair ilk iki ildə xeyli maddi çətinlik çəkir.
1925-ci ildən isə Peru qəzetlərinin Fransa müxbiri kimi Avropa həyatı ilə bağlı
yazılar yazmağa, mədəni həyata inteqrasiya etməyə başlayır. Üç dəfə SSRİ-də
olur. 1924-29-cu illərdə bir silsilə mənsur şeir yaradır. 1926-32-ci illərdə
özünün estetik baxışlarını açıqlayan və sonralar iki kitabında toplanan esse və
qışa qeydlərini qələmə alır.
1936-cı
ildə İspaniyada faşist diktaturasının qurulması şairin həyatında acı iz
buraxır. 1938-ci ildə, yəni Respublika quruluşu özünün son günlərini yaşayanda
Valyexo da dərin mənəvi böhran keçirir, səhhəti pozulur. İki gün ard-arda
qızdırma, huşsuzluq içində çapalayan və "İspaniya, İspaniya” deyə sayıqlayan
şair qəflətən keçinir. Xəstəliyinin səbəbi isə bilinmir.
O,
öz poeziyasında hindu mifologiyasından gələn səsləşimlərlə modernist tərzi birləşdirib.
Mənşə etibariylə özü hindularla ağların mələzini təmsil etdiyi üçün Valyexo
hindu irqindən olanların yaşadıqları problemlə addımbaşı qarşılaşıb və təsadüfi
deyil ki, Latın Amerikası poeziyasında ilk dəfə hindu insanın problemlərini, tənhalığı,
ölümü, bir insanın gündəlik sıxıntılarını, onun yenilməz ruhunu öz poeziyası
üçün başlıca mövzu seçib.
"Qara
heroldlar” (1919), "Trilse” (1922), şairin vaxtsız ölümündən sonra çap olunmuş
"İnsan şeirləri” (1939) adlı poeziya toplularının, Perunun hindu mənşəli
şaxtaçılarının istismar dolu ağır həyatından bəhs edən və inqilab ruhlu
"Volfram” (1931) romanının, Sovetlər Birliyinə səfər haqda təəssüratlar
kitabının ("Rusiya, 1931-ci il”) və iki esse kitabının ("Məslək sirrlərinə
qarşı”, "Sənət və inqilab”) müəllifidir.Özünə, özünə inan
Sən durbinə inan, gözlərinə yox,
Pilləkənə inan, pillələrə yox,
Qanada arxalan, qartala deyil
və bir də özünə, özünə inan.
Sən badəyə inan, şəraba deyil,
Sən meyidə inan, canlıya deyil,
Sən zülümə inan, zalıma deyil
və bir də özünə, özünə inan.
Sən çoxluğa inan, təkliyə deyil,
Sən şalvara inan, ayaqlara yox,
Sən məcraya inan, sel-suya deyil
və bir də özünə, özünə inan.
Pəncərəyə inan, qapıya deyil,
Sən anana inan, doqquz aya yox,
Sən taleyə inan, təsadüfə yox
və bir də özünə, özünə inan.
Aforistik notlar
* Mən bitkiləri çiçəklərinə görə yox, köklərinə görə sevirəm.
* Ancaq heç bir iş görməyən adam ölmür. Həyatda nə isə eləmisənsə, deməli, artıq bir yol ölmüsən.
* İnsanın ölümü bəlkə də düşünüldüyü qədər fəci bir şey sayılmaz, çünki faciə… tamamilə başqa şeydir.
* O, ahıl doğulduğu üçün uşaq yaşda öldü. Baş-ayaq yaşanmış ömür.
* Mən hətta dırnaqlarımın da necə uzandığını duyuram.
* Mən sənə 20 frank borcluyam. Beş frank da ver, qoy sənə on beş frank borclu qalım. Hə, bunda başa düşülməyəcək nə var axı?
* Harayasa aparan yolun səni geri gətirməyi də var.
* Pikassonun estetikasını şeirə gətirmək - bax, buna mən deyərəm yeni poetika. Yəni ancaq sözün poetik mənada gözəlliyinə nail olmaq - heç bir sübuta ehtiyac duymayan, səbəbsiz, qabaqcadan düşünülməmiş gözəlliyinə. Pikasso da portretlərini beləcə, xətlərin və rənglərin harmoniyasına əsir düşərək yaradır, burun yerinə gah qutu, gah nərdivan, gah stəkan, gah da portağal çəkir.
* Qəribədir, mənə elə gəldi ki, ötüb keçən o adam mənəm. Lap bir almanın iki üzü qədər mənə oxşadı. Hətta ona tərəf dönəndə bir daha inandım ki, öz-özümlə toqquşmuşam.
* Mənim eynəyim yatıb. Lap saat kimi.
* Bethovenin musiqisini dinləyən qadınla kişi musiqinin dərinliyindən təsirlənərək ağlayırlar. Onlara demək istəyirsən ki, bu dərinlik - məhz sizin özünüzə məxsusdur.
* Bütün adamlar öz dərd-sərinin əlindən baş götürüb qaçır. Bax, odur, biri pilləkənlə düşür, digəri qatara tələsir, başqa birisi küçəni keçir. Məqsəd isə birdir: hər kəs sadəcə özündən qaçmağa çalışır.
* Teatrda estetikanın təzə növü: pyesdə müəlliflə, onun qohumları ilə yanaşı iştirak edən surətlər müəllifin gündəlik həyatına, işlərinə və yaşantılarına əngəl törədirlər. Bircə şeyi anlamaq olmur ki, bunlardan hansı səhnədəki surətlərə aiddir, hansı isə canlı insanlara.
* Məhəbbət - dalğa kimidir, o mənada ki, sevdiyim adamı mən yeri gələndə ata da bilərəm. Qoy sevdiyim adam mənim bu hüququmu da tanımaq zorunda qaldığını anlasın.
* Pyesin qəhrəmanı kordur,
amma o gözəgörünməz ilahilikdən söz açanda onun gözlərinin var olduğuna
inanırsan.