Məktəb kitabxanası haradadır?
22
Oktyabr Beynəlxalq Məktəb Kitabxanaları Günüdür. Uşaqların mütaliəyə cəlb edilməsində
ilk, çox vaxt da tək halqa bu kitabxanalardır desəm, səhv etmərəm. Bir uşaq
oxumağa ehtiyac duyduqda kitabxananın qapısını mütləq açacaq, istəməsə, ona təzyiq
edə bilməzsən. Təcrübəli müəllimlərin dediyi kimi: "Uşağı mütaliəyə məcbur edə
bilməzsən, çünki çubuğun altında oxunan Şekspirin dəyəri bir qəpiyə də dəyməz”.
"Qəlb üçün” oxumağa tələbatın azalmasından gileylərin eşidildiyi bir zamanda iddia etmək olmaz ki, uşaqlıqdan mütaliə öz mövqeyini itirib. Sadəcə, yaş həddini dəyişdiyini demək olar.
Realistlər
Bəli, bu gün ölkəmizdəki minlərlə uşaq elə dünyadakı uşaqlar kimi "darıxdırıcı kitablar” oxumaq istəmir. Harri Potter haqqında, "Yüz ən məşhur quldur” üslubunda kitablar istisna olmaqla onlar kitabları sevmirlər. Onların maraq dairəsində "Hörümçək adam”, "Fantastik dördlük”, xəyali super qəhrəman Hulkdur. Mobil xəbərlərə, kompüter oyunlarına, yüksək texnologiyalara, komikslərə maraq onları dostları ilə söhbət etməyə daha çox həvəsləndirir.
Təranə Məhərrəmova
"Qəlb üçün” oxumağa tələbatın azalmasından gileylərin eşidildiyi bir zamanda iddia etmək olmaz ki, uşaqlıqdan mütaliə öz mövqeyini itirib. Sadəcə, yaş həddini dəyişdiyini demək olar.
Realistlər
İmkan yarandıqca
məktəb kitabxanaları ilə tanış olur, uşaqların mütaliəyə marağının
olub-olmadığı ilə maraqlanıram. Bu mövzuda şagirdlərlə ayrı-ayrılıqda sorğular
edirəm. "Məktəb kitabxanası hansı mərtəbədədir?” sualıma cavab olaraq çiyinlərini
çəkənlər də az deyil. Bir çox hallarda uşaqların bədii ədəbiyyata marağının
olmaması faktları ilə qarşılaşıram.
Hazırkı
məktəb kitabxanalarının rəflərində uşaqların maraqlarına xoş gələn ədəbiyyat az
gözə dəyir. Çünki onların marağı mütaliəsi ilə öyünən 60-80-ci illərin şagirdlərinin
marağı deyil. Bu gün şagirdlər çətin ki, "Anna Karenina”nın faciəsini oxuyub təsirlənə,
Drayzerin romanlarını mütaliə edib saatlarla düşünə, Ordubadinin inqilabi əsərlərindən
həyəcanlana bilərlər. Onlar daha realistdirlər. Mütaliəni necə sevdirək?
Məktəb
kitabxanalarında yenə də sovet dövrünə xas "Kitab bilik mənbəyidir”, "Kitablar -
keçmişlə gələcək arasında körpü”, "Kitab dünyaya səyahətdir” kimi şablon tədbirlər
və əsərləri çox nəşr olunan yazıçı-şairlərlə formatı dəyişməyən görüşlər təşkil
olunur. Təəssüf ki, bu kimi bəsit tədbirlər mütaliəni uşaqlara sevdirməyə
yetmir. Darıxdırıcı kitablar
Görüşlərin
birində 7-ci sinif şagirdlərindən birinin üzünü büzüşdürərək mütaliəni sevmədiyini
deməsi yadımdadır: "Kitablar qalındır - hamısı darıxdırıcıdır. Məktəbdə bizə dərsdənkənar
oxu verilir, ancaq mən yalnız ilk səhifələri oxuyuram, sonra uşaqlardan hadisələrin
necə bitdiyini söyləmələrini xahiş edirəm”. Bəli, bu gün ölkəmizdəki minlərlə uşaq elə dünyadakı uşaqlar kimi "darıxdırıcı kitablar” oxumaq istəmir. Harri Potter haqqında, "Yüz ən məşhur quldur” üslubunda kitablar istisna olmaqla onlar kitabları sevmirlər. Onların maraq dairəsində "Hörümçək adam”, "Fantastik dördlük”, xəyali super qəhrəman Hulkdur. Mobil xəbərlərə, kompüter oyunlarına, yüksək texnologiyalara, komikslərə maraq onları dostları ilə söhbət etməyə daha çox həvəsləndirir.
Uşağına
oxumağı öyrətməyi öz vəzifəsi hesab edən valideynlər isə durumdan narahatdırlar.
Belə bir kitabxanaDünyanın
bir çox ölkəsində artıq məktəb kitabxanaları müəllim, uşaq və valideynləri bir
araya gətirərək kitabxananı daha çox məktəbin mədəniyyət mərkəzi kimi təqdim
etməyə çalışır. Hesab edilir ki, bu kitab vasitəsilə dünyaya çıxış baxımından əvəzsizdir.
"Əgər ölkədə pedaqoji məktəb kitabxanaları
varsa, qalanları üçün narahat olmağa ehtiyac yoxdur. Belə bir kitabxanası olan
məktəbdə böyüyən uşaqlar sonradan mədəniyyətin yox olmasına icazə verməyəcəklər.
Ehtiyac duyduqları bütün kitabxanaları, məktəbləri və muzeyləri yaradacaqlar”.
Tanınmış
kitabxanaçı G.P.Fonotovun bu fikirləri isə bütün məktəb kitabxanalarına həm məktəb
rəhbərlərinin, həm də kitabxanaçıların özlərinin yanaşmasının dəyişməsini tələb
edir. Bəlkə, o vaxt kitablar da
"darıxdırıcı” təsir bağışlamaz...
Təranə Məhərrəmova