• şənbə, 11 May, 17:08
  • Baku Bakı 21°C

Məhəmməd Hatəmi vəfat edib

14.06.16 10:54 1678
Məhəmməd Hatəmi vəfat edib
Milli azadlıq hərəkatının fəallarında biri, "Çənlibel” təşkilatının qurucusu Məhəmməd Hatəmi Tantəkin bu gün 81 yaşında vəfat edib.
Bu barədə APA-ya jurnalist Əvəz Zeynallı məlumat verib. O bildirib ki, iyunun 10-da ağır vəziyyətdə xəstəxanaya aparılan Məhəmməd Hatəminin həyatını xilas etmək mümkün olmayıb. Mərhum bu gün dəfn olunacaq.
Qeyd edək ki, Məhəmməd Hatəmi Tantəkin milli-azadlıq mübarizəsinin ilk təşkilatlarından olan "Çənlibel" Cəmiyyətinin qurucuları sırasında yer alıb. 1988-ci il noyabrın 17-də keçmiş Lenin, indiki Azadlıq meydanında başlanan ümumxalq mitinqlərinin təşkilatçılarından biri olub. 1988-ci il dekabrın 4-də sovet qoşunları meydanı dağıtdıqdan sonra həbs edilib.
M.Hatəmi 90-cı illərdə Milli Qurtuluş Partiyasını təsis edib. Qarabağ cəbhəsində "Milli Qurtuluş" batalyonunun tərkibində döyüşlərdə olub.
banner

Oxşar Xəbərlər