• cümə, 26 Aprel, 13:23
  • Baku Bakı 23°C

Mədəniyyət Nazirliyindən kinoteatrların fəaliyyəti ilə bağlı AÇIQLAMA

14.09.21 17:15 263
Mədəniyyət Nazirliyindən kinoteatrların fəaliyyəti ilə bağlı AÇIQLAMA
"Pandemiya şərtlərinə əməl edilməkləkinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyətinin qismən bərpasına icazə verilməsi ilə bağlı tərəfimizdən Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət ünvanlanıb”.
Bu barədəOxu.Az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, pandemiyadanən çox zərər çəkən sahə teatr, kino sahəsidir:
"İki ilə yaxındır, dünya ölkələrinin qlobal probleminə çevrilən pandemiya bütün sahələrə, xüsusən mədəniyyət sahəsinə öz mənfi təsirini göstərib. Bu gün kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyətinin bərpa olunması Mədəniyyət Nazirliyinin, xüsusən mədəniyyət nazirinin şəxsi diqqətindədir.
Qeyd edək ki, hazırda davam edən Bakı Caz Festivalının, ötən il onlayn formatda keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının böyük məhdudiyyətlərlə olsa da, bu il canlı keçirilməsinə nail olmuşuq. Hazırkı şəraiti nəzərə alaraq, bu fakt özü-özündə ölkə rəhbərliyinin məsələyə verdiyi önəmin bir göstəricisidir”.
Məlumatda o da qeyd olunub ki, bu festivallarbir sınaq rolunu oynayır:
"Belə ki, gedişat uğurlu alınarsa, bu, teatr-konsert müəssisələrinin açılmasına yönəlik müsbət addım olacaq. Bu işdə təkcə müəssisələrə yox, eyni zamanda tamaşaçılara da böyük ümidlər bəsləyirik. Onu da deyək ki, teatr-konsert müəssisələrində fəaliyyət göstərən əməkdaşların böyük əksəriyyəti peyvənd olunub. Ümid edirik ki, sıravi vətəndaşların – potensial tamaşaçılarımızın da əksəriyyəti peyvənd olunandan sonra kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyəti ənənəvi qaydada bərpa ediləcək.
Ümid edirik ki, bu bəla xalqımızın başı üzərindən sovuşar və ölkəmizdə həyat tezliklə öz axarına qayıdar. Amma hələ ki, bu real təhlükə mövcuddur və dövlətimiz ilk növbədə əhalinin sağlamlığını düşünməyə məcburdur”.
banner

Oxşar Xəbərlər