cümə, 07 Oktyabr, 09:18

Baku Bakı 19°C

Mariya Zaxarova azərbaycanlı diplomatları dəstəkləyib

icon 505 icon 06 avqust 2022 | 11:00 Mariya Zaxarova azərbaycanlı diplomatları dəstəkləyib

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücumla bağlı azərbaycanlı həmkarlarına dəstəyini ifadə edib.

Kaspi.az xəbər verir ki, bu barədə M.Zaxarova özünün "Twitter" səhifəsində yazıb.

"Azərbaycanın Britaniyadakı səfirliyinə edilən radikal hücum xəbərindən şoka düşdüm. Günorta çağı vandalların bütöv bir izdihamı diplomatik nümayəndəliyin ərazisinə soxulub, dövlət rəmzlərini təhqir edib, binaya ziyan vurub. Allaha şükür, heç kim xəsarət almayıb.

Diplomatik nümayəndəliklərin ərazisinin toxunulmazlığı beynəlxalq münasibətlərin təməl daşıdır ki, bu da bütün dünyada diplomatların rahat işləməsini təmin edir. Belə “insidentlər” adi hal deyil", - deyə M.Zaxarova bildirib.

Rusiya XİN-in mətbua katibi 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 22-ci maddəsinin 2-ci bəndinin mətnini də xatırladıb:

"Qəbul edən dövlətin xüsusi vəzifəsi var ki, nümayəndəliyin binalarını hər hansı müdaxilədən və ya zədədən qorumaq və nümayəndəliyin dincliyinin pozulmasının və ya onun ləyaqətinin təhqir edilməsinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görsün".

"Səfirliyin və diplomatların təhlükəsizliyini təmin etməli olan Britaniya hakimiyyət orqanlarına və polisə sual: siz harada olmusunuz?", - deyə M.Zaxarova əlavə edib.