• şənbə, 20 Aprel, 07:06
  • Baku Bakı 14°C

Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

01.10.20 21:36 471
Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Macarıstan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir.

"Report” xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər və Ticarət Nazirliyinin bəyanatında bildirilir:

"Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq miqyasda tanınan sərhədləri daxilində yerləşir. Macarıstan da beynəlxalq hüququn təməl prinsipi olaraq dövlətlərin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir”.

Nazirlikdən həmçinin Dağlıq Qarabağ münaqişəsi ətrafındakı gərginliyin səngiməsinə, məsələnin ATƏT-in Minsk qrupuçərçivəsində danışıqlar yolu ilə həllinə tərəfdar olduqlarını da diqqətə çatdırıblar.
banner

Oxşar Xəbərlər