AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Litva Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

Litva Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

Siyasət
03 İyun 2021, 15:22 222
Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
 
APA-nın məlumatına görə, təbrikdə deyilir:
 
"Zati-aliləri.
 
Azərbaycanın milli bayramı – Xalq Cümhuriyyətinin qurulmasının 103-cü ildönümü münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm. Sizə cansağlığı və uğurlar, xalqınıza davamlı həmrəylik arzu edirəm.
 
Bu il Litva-Azərbaycan ikitərəfli münasibətləri üçün xüsusi ildir. Bu il dövlətlərimizin müstəqilliyinin bərpasının 30-cu ildönümünü qeyd edəcəyik. Azərbaycanla Avropa İttifaqı arasındakı sıx dialoq Litva-Azərbaycan ikitərəfli münasibətlərinin uğurlu inkişafı üçün xüsusilə vacibdir. İslahatlar yolunda qətiyyət və Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq sazişi üzrə danışıqların yekunlaşdırılmasını arzulayıram. Ümid edirəm ki, bu il Avropa İttifaqının Şərq Tərəfdaşlığı siyasətinin prioritetlərini və istiqamətlərini müzakirə etmək üçün Şərq Tərəfdaşlığı Sammitində görüşmək imkanımız olacaq.
 
Zati-aliləri, bir daha Sizi milli bayramınız – Respublika Günü münasibətilə təbrik edirəm.
Xahiş edirəm, Sizə olan ən dərin hörmətimi qəbul edəsiniz".