AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Kreml Ermənistan-Azərbaycan sərhədində vəziyyətə münasibət bildirib

Kreml Ermənistan-Azərbaycan sərhədində vəziyyətə münasibət bildirib

Siyasət
14 İyul 2020, 16:01 286
Kreml Ermənistan-Azərbaycan sərhədindəki atışmalardan dərindən narahatdır.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Biz Ermənistan-Azərbaycan sərhədindəki atışmalardan dərin narahatıq. Hər iki tərəfi təmkinli olmağa və atəşkəs rejimi ilə bağlı üzərinə götürdükləri öhdəliyə riayət etməyə çağırırıq”, - deyə o qeyd edib.
D. Peskov bildirib ki, Rusiya Minsk qrupunun həmsədri kimi nizamlanma ilə bağlı öz vasitəçilik səylərini göstərməyə hazırdır: "Bildiyiniz kimi, Rusiya XİN başçısı Sergey Lavrovun Bakı və İrəvandan olan həmkarları ilə intensiv telefon danışığı olub. Hər iki tərəfi bir daha təmkinli olmağa çağırırıq".