• şənbə, 20 Aprel, 15:40
  • Baku Bakı 23°C

Komitə sədri: “Minalar bərpa işlərinin geniş şəkildə aparılmasına maneə yaradır”

05.10.22 15:00 695
Komitə sədri: “Minalar bərpa işlərinin geniş şəkildə aparılmasına maneə yaradır”

“İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin çox geniş şəkildə aparılmasına ən böyük maneə ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi məsələsi hələ də aktual olaraq qalır. Bərpa-quruculuq işlərinin tempi və məcburi köçkün əhalinin repatriasiyası məhz bu faktordan asılıdır”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib.

Dövlət Komitəsinin rəhbəri dünyanın bir çox ölkələrinin hərbi münaqişələr nəticəsində yaşayış məntəqələrinin post-konflikt reabilitasiyası çağırışı ilə üz-üzə olmasını dövrümüzün acı reallığı adlandırıb.

O bildirib ki, Azərbaycan ərazisinin 20%-i 30 illik dövr ərzində işğala məruz qalması nəticəsində 900-ə yaxın yaşayış məntəqəmiz tamamilə dağıdılıb, 1 milyon hektardan çox torpağımız kənd təsərrüfatı dövriyyəsindən çıxarılıb, yüzlərlə mədəni irs obyekti məhv edilib.

“Ölkəmizin ərazi bütövlüyünü yalnız 2020-ci ildə hərbi yolla bərpa etmək mümkün oldu. İndi qarşımızda duran əsas məsələ işğaldan azad olunmuş ərazilərin tezliklə bərpası və ölkə həyatına tam inteqrasiyası, doğma torpaqlarından didərgin düşmüş 1 milyon soydaşlarımızın geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılmasıdır”, - Anar Quliyev bildirib.

“Azərbaycan bu gün həcminə, keyfiyyətinə və sürətinə görə dünya miqyasında presedentsiz və qabaqcıl şəhərsalma standartlarına uyğun olaraq kompleks bərpa-quruculuq işlərini uğurla həyata keçirir. Qısa müddət ərzində bu dərəcədə genişmiqyaslı işlərin paralel həyata keçirilməsi böyük sayda yüksək ixtisaslı layihəçi, memar, mühəndis və inşaatçıların cəlb olunması ilə yanaşı yeni effektiv institusional idarəetmə üsullarının tətbiqinin aktuallığını da artırıb”, - o əlavə edib.

banner

Oxşar Xəbərlər