çərşənbə axşamı, 30 may, 18:29

Baku Bakı 33°C

Kohen: “İsrail və Azərbaycan İran tərəfdən təhlükəni eyni cür qəbul edir”

icon 181 icon 29 mart 2023 | 12:28 Kohen: “İsrail və Azərbaycan İran tərəfdən təhlükəni eyni cür qəbul edir”

“İsrail və Azərbaycan İran tərəfdən təhlükəni eyni cür qəbul edir”.

"Report" xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Kohen bu gün azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşdən sonra deyib.

"İsrail və Azərbaycan İran tərəfdən təhlükəni eyni cür qəbul edir. İran rejimi regionlarımızı, maliyyə imkanlarımızı, turizmimizi təhdid edir və bütün Yaxın Şərqdə sabitliyi pozur. İranın nüvə potensialını inkişaf etdirməsinin qarşısını almaq üçün birlikdə hərəkət etməliyik. Bunun üçün həm siyasi, iqtisadi alətlərdən istifadə etmək, həm də etibarlı və güclü hərbi qüvvələr formalaşdırmaq lazımdır”, - Eli Kohen bildirib.