KİV nümayəndələri üçün növbəti seminar keçirilib - FOTOLAR
Bakcell jurnalistləri mobil telekommunikasiya sahəsinin
son trend və yenilikləri ilə tanış edib
Bakcell şirkəti jurnalistlər
üçün növbəti dəfə iki günlük seminar təşkil edib. Hər il təşkil olunan bu ənənəvi
seminarın əsas məqsədi jurnalistləri mobil telekommunikasiya sahəsinin əsasları,
müasir texnologiyalar, innovasiyalar və son tendensiyalar barədə maarifləndirməkdir.
Seminar mobil telekommunikasiya üzrə məlumatlılığın və bu sahədən yazan
jurnalistlərin peşəkarlığının artırılmasına xidmət edir.
"Mobil
Telekommunikasiya – Son Trendlər və Yeniliklər” mövzusunda keçirilmiş seminara
ölkənin bir çox aparıcı media qurumlarını təmsil edən 30-a yaxın jurnalist
qatılıb. Seminarda təlimçi qismində Bakcell
və digər telekommunikasiya şirkətlərini təmsil edən Azərbaycanın aparıcı
telekommunikasiya ekspertləri çıxış edib.
Tədbir zamanı "Post COVID dövründə İT, Telekomda və istehlakçı
davranışında trendlər”, "Mobil şəbəkənin inkişafı və dövlət əhəmiyyətli tədbirlərdə
şəbəkə dayanıqlığını təmin etmək üçün görülən işlər”, "Pandemiyanın müştəri
xidməti sektoruna təsiri və rəqəmsallaşma tendensiyaları”, "Data mərkəzlərinin
telekommunikasiyada rolu”, "VoLTE texnologiyasının inkişafı” və "Smart şəhərlər
və onların qurulmasında telekommunikasiya sənayesinin rolu” mövzuları üzrə
interaktiv sessiyalar keçirilib.
Faydalı məruzə və
təqdimatlarla yadda qalmış seminar zamanı təlimçilər jurnalistlərin
telekommunikasiya sənayesi və yeni texnologiyalara aid suallarını
cavablandırıb, onlarla fikir mübadilələri və müzakirələr aparıblar.