• çərşənbə axşamı, 23 aprel, 23:50
  • Baku Bakı 20°C

Keçən il azərbaycanlılar Türkiyədən neçə ev alıb? - FOTO

14.01.22 17:30 443
Keçən il azərbaycanlılar Türkiyədən neçə ev alıb? - FOTO
2021-ci ildə Azərbaycan vətəndaşları Türkiyədən 1 517 daşınmaz əmlak alışı həyata keçirib.
Oxu.Az-ın Türkiyənin Statistika İdarəsindən əldə etdiyi məlumata əsasən, bu rəqəm 2020-ci illə müqayisədə 238 ədəd və ya 18,6 faiz çoxdur.
2021-ci ilin dekabr ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 192 daşınmaz əmlak alışı həyata keçirib. Bu, 2020-ci ilin müvafiq ayı ilə müqayisədə 37 ədəd və ya 23,9 faiz çoxdur.
Dekabr ayında və ümumilikdə 2021-ci il ərzində Türkiyədə ən çox əmlak alışı həyata keçirən ölkələr sırasında Azərbaycan səkkizinci sırada qərarlaşıb.
Qeyd edək ki, 2021-ci ilin dekabr ayında xarici vətəndaşlar tərəfindən ümumi 7 930 daşınmaz əmlakın alışı həyata keçirilib. İl ərzində ümumilikdə xarici vətəndaşlar tərəfindən Türkiyədən 59 282 ədəd daşınmaz əmlak alınıb.
banner

Oxşar Xəbərlər