• cümə, 26 Aprel, 15:10
  • Baku Bakı 23°C

Çıxarış verilməsi üçün rüsum tutulmayacaq - Qanuna dəyişiklik təsdiqləndi

29.11.21 18:45 261
Çıxarış verilməsi üçün rüsum tutulmayacaq - Qanuna dəyişiklik təsdiqləndi
Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Kaspi.az xəbər verir ki, qanuna əsasən, "Torpaq islahatı haqqında” qanuna uyğun olaraq, ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyesterindən çıxarışın verilməsi üçün dövlət rüsumu tutulmayacaq.
Eyni zamanda, 27.4-cü maddəyə birinci halda "çıxarışın” sözündən sonra "və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü)” sözləri əlavə edilir.
banner

Oxşar Xəbərlər