AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İrana qarşı yeni sanksiyalar tətbiq olunub

İrana qarşı yeni sanksiyalar tətbiq olunub

İqtisadiyyat
31 May 2020, 09:15 336
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib. Bu barədə ABŞ Dövlət Departamentinin rəhbəri Maykl Pompeo məlumat verib.
AZƏRTAC xəbər verir ki, M. Pompeo İranın mülki sahədə nüvə tədqiqatları aparan iki aliminin adını sanksiyalar siyahısına salındığını bildirib. Bununla yanaşı, İran Buşehr Atom Elektrik Stansiyasının inşasında iştirak edən Rusiya və Çin şirkətlərinə fəaliyyətlərini dayandırmaq üçün 60 gün vaxt verilib. Əgər bu müddət ərzində həmin şirkətlər İrandakı işlərinə sona qoymasalar, onlara qarşı da sanksiyalar tətbiq ediləcək.
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaşinqtonun bu addımını şərh edərək bildirib ki, yeni sanksiyalar BMT Təhlükəsizlik Şurasının 2231 saylı qərarına ziddir.
Avropa İttifaqının xarici siyasət məsələləri üzrə komissarı Jozep Borrel isə ABŞ-ın belə qərar qəbul etdiyinə görə təəssüf hissi keçirdiyini bildirib.