• bazar ertəsi, 07 iyul, 05:25
  • Baku Bakı 26°C

İqtisadiyyat naziri: “Türkiyəyə investisiya qoyuluşumuz 19 milyard dollardan çoxdur”

14.12.21 13:15 589
İqtisadiyyat naziri: “Türkiyəyə investisiya qoyuluşumuz 19 milyard dollardan çoxdur”
"Azərbaycanla Türkiyə arasında ticarət əlaqələri nəinki səngiməyib, əksinə daha sürətlə inkişaf edib. Hazırda Azərbaycanın xaricə yatırdığı sərmayələrin məbləğinə görə Türkiyə ilk yerdə qərarlaşıb”.
"Report”xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumunda deyib.
Onun sözlərinə görə, hazırda bu sərmayələrin məbləği19 milyardABŞ dollarından çoxdur.
"Azərbaycanın qeyri-neft sektoruna investisiya yatırıran ölkələr arasında da Türkiyə birinci yerdə durur”, - nazir əlavə edib.
banner

Oxşar Xəbərlər