• çərşənbə axşamı, 23 aprel, 18:06
  • Baku Bakı 20°C

İMF prezidenti: "Dünya iqtisadiyyatı iflas nöqtəsinə çatıb"

06.04.20 14:30 530
İMF prezidenti: "Dünya iqtisadiyyatı iflas nöqtəsinə çatıb"
"Koronavirus (COVID-19) epidemiyası qlobal iqtisadiyyatı iflas nöqtəsinə və ya 10 il əvvəlki qlobal maliyyə böhranından daha pis resesiya vəziyyətinə gətirib".
"Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (İMF) prezidentiKristalina Georgiyeva Ümumdünya Səhiyyə Təşkilatının (WHO) prezidenti ilə birgə keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, inkişaf etmiş ölkələr koronavirus epidemiyasının qlobal iqtisadiyyata və səhiyyə sisteminə təsirlərini azaltmaq üçün inkişaf etməkdə olan ölkələrə yardımlarını artırmalıdır.
"Bu böhran digərləri kimi deyil. Dünya iqtisadiyyatı iflas nöqtəsinə gəlib. Hazırda qlobal iqtisadiyyatda resesiya baş verir”, – K.Georgiyeva vurğulayıb.
banner

Oxşar Xəbərlər