• cümə, 19 Aprel, 23:02
  • Baku Bakı 24°C

IMF-dən Azərbaycan iqtisadiyyatı ilə bağlı 3 illik proqnoz

06.09.21 17:54 521
IMF-dən Azərbaycan iqtisadiyyatı ilə bağlı 3 illik proqnoz

Bu il Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) cari qiymətlərə həcmi84,853 milyardmanata (49,914 milyardABŞ dollara) çatacağı gözlənilir.
"Report”Beynəlxalq Valyuta Fonduna (IMF) istinadən xəbər verir ki, bu göstərici, 2020-ci ilin faktiki göstəricisindən17,1% çoxdur.
Azərbaycanda nominal ÜDM 2022-ci ildə86,463 milyardmanat (50,861 milyardABŞ dolları), 2023-ci ildə isə88,934 milyardmanat (52,314 milyardABŞ dolları) səviyyəsində proqnozlaşdırılır. Bu, muvafiq olaraq əvvəlki ilin proqnozu ilə müqayisədə1,9% və2,9% çoxdur.
IMF-in proqnozlarına görə, bu il Azərbaycanın real ÜDM-si ötən ilin faktiki göstəricisi ilə müqayisədə2,3% artaraq29,213 milyardmanata çatması gözlənilir.
Məlumata əsasən, 2022-ci ildə real ÜDM29,708 milyardmanat (əvvəlki ilin proqnoz göstəricisi ilə müqayişsədə1,7% çox), 2023-cü ildə isə30,214 milyardmanat (1,7% çox) təşkil edəcəyi gözlənilir.
banner

Oxşar Xəbərlər