2019-cu ildə dünya ədəbiyyatına debüt
romanları ilə səs salmış və 20 ildir ki, yazırlarmış kimi kitabsevərlərin
könlündə taxt qurmuş Selli Runi və Cessi Börtn debutantlar üçün əsl ilham
mənbəyinə çevrilib. "Guardian” xəbər verir ki, artıq ilk kitabının təsdiq
məktubunu almış yeni yazarlar arasında Selli və Cessini tanımayan, özünə
onlarınkı kimi şanslı cığır arzulamayan yoxdur. Təbii ki, debüt romanların
nəşrinə birbaşa redaktor heyəti – kitab sıxlığına uyğun – qərar verir.
Yaz birmənalı şəkildə əsl yeni
başlanğıclar fəsli olduğundan, adətən, debüt əsərlərin nəşri bu mövsümə təsadüf
edir. Bəs, bu ilin iddialı debutantları
arasında kimlər var? – Həkim, şair, jurnalist, aktyor və s. Bəli, bu il
kitabsevərləri rəngli hekayələr gözləyir. Siyahıda yer alan müəlliflər geniş
auditoriyaya məlum olmasa da, müxtəlif dərgilərdə istedadlarını göstərmiş
müəlliflərdir. Bu il siyahılarda kimlərə rast gələcəyik?!
· Paul
Mendez – "Göyqurşağı südü” ("Rainbow milk”)
· Abi
Deyr – "Yüksələn səsli qız” ("The girl with the louding voice”)
· Dipa
Anappara – "Jin Patrol çəhrayı zolaqda” ("Djinn Patrol on the patrol line”)
· Eleyn
Finey – "Olduğun kimi” ("As you were”)
· Bet
Morrey – "Əldən qaçırılanlar” ("Saving missy”)
· Duqlas
Stüart – "Şaqqi Beyn” ("Shuggie bain”)
· Cessika
Mur – "Mühafiz” ("Keeper”)
· Stefani
Skot – "Məndən qalanlar sənindir” ("What’s left of me is yours”)
· Naosi
Dolan – "Həyəcanverici zamanlar” ("Exciting times”)
· Luisa
Heyer – "Sevimli şəhər” ("This lovely city”)
Həyatı sıfırlamaq
Həyatın insanı bir dönüş nöqtəsinə
sürüklədiyi hissi yaranıbsa, deməli, gündəlik rejiminizdə, tərzinizdə köklü
reformasiyalara getməlisiniz. Yenilənmək öz-özlüyündə olduqca əyləncəli,
həyəcanverici prosesdir. Yeni bir həyatı qucaqlamaq ərəfəsində əvvəlcə
qazandıqlarınızı, itirdiklərinizi, özünüzü necə inkişaf etdirdiyinizi
ölçüb-biçir və keçid etdiyiniz mərhələnin daha səmərəli, bərəkətli olması üçün
əlinizdən nə gəldiyini hesablamalısınız. "Oprah”-dan Selia Fernandez, əslində,
belə inqilabi dəyişikliklər "yeni il ərəfəsi”-nə təsadüf etdiyi fikrindədir.
Amma dəyişməyə, yeni bir həyata başlamağa qərar verdiyiniz hər tarix sizin üçün
"milad”-dır. İşə "yüngülləşmək”-dən başlamaq ən yaxşı qərardır.
· Evdə,
ofisdə qalaqlanmış, hərəsi bir küncdə qarışıqlıq yaradan qəbzlər, kağızlar,
məktublardan xilas olun.
· Dincəldiyiniz
yerdə – mətbəx, eyvan, yataq otağı – özünüzə multiyaşıl zona yaradın.
· Yanınızda
bir lampa və üç-dörd əl kitabı saxlayın.
· Soyuducunuzu
və həyatınızı vaxtı keçmiş, istifadə olunmayan ərzaq və əşyalardan təmizləyin.
· Qırılmış,
köhnəlmiş, zədələnmiş əşyalar, geyim və ayaqqabı yorğunluq səbəbidir.
· Həftəiçinə
"dost görüşləri” əlavə edin.
· "Bunu
bəlkə geyinərəm” deyə şkafda saxladığınız paltarları 98% geymirsiniz. Odur ki,
bunu ehtiyacı olanlara bağışlayıb, özünüzə yaxşılıq edin.
· Zövqünüzcə
olmayan, ev dekorunuza uymayan "xatirədir”, "hədiyədir” deyə saxladığınız
əşyalar yükdür.
· Əlavə
düymələr, hədiyə lentləri, boş qutular, artıq maraqlanmadığınız hobbilərinizdən
qalanlar - nə zamansa yararlanmaq ümidiylə saxladığınız hər şeyin tutduğu yeri
də, ruhunuzu da azad edin. Beşikdən qəbirə kimi
Balaca oyun yoldaşınızın zehninin,
fiziki və sağlamlıq göstəricilərinin qayğısına qaldığınız kimi xarakterinin də
ilk illərdən oturması üçün səy göstərilməlidir. "Xarakter də beyin kimidir,
zorlanmadıqca formalaşmaz” deyimindən yola çıxan "Mums” dərgisi redaktorları
anaların və tərbiyəçilərin köməyi olacaq üsulları sınayıblar. Məqalədə
sıralanmış bəndləri qısa açıqlamaları ilə təqdim edirik:
· Onlarla
zaman keçirin – onlarla sıx ünsiyyətdə olmaq, birgə zaman keçirməklə
hobbilərinə, zövqlərinə maraq göstərib, danışdıqlarına qulaq verin. Bu onlar
üçün təsirli davranış nümunəsi olacaq.
· Sizin
üçün nə məna kəsb etdiyini açıq deyin – sizcə, balacanız valideynləri üçün
dünyanın mərkəzi olduğunu bilir?! Ona güvəndə olduğunu və sevildiyini hiss
etdirin.
· Problemlərlə
necə başa çıxacaqlarını özlərinin öyrənməsinə imkan yaradın – bunun üçün
kitablardan yararlana bilərsiniz. Çünki yaşanan hadisələrə mərkəzlənməkdə
çətinlik çəkən uşaqlar qəhrəmanların addımlarını daha dəqiq şərh edir və nümunə
götürürlər.
· Onları
əməyə sövq edin – ailə üzvləri və yaşıdları ilə iməclik, bitki yetişdirmək,
heyvan bəsləmək ən yaxşı xarakter formalaşdırıcı təlimlərdəndir.
· Ədəbiyyatı
özünüz nümunə olaraq, onun yol yoldaşına çevirin – ədəbiyyatda həm ona dünyanın
daha böyük, daha qarışıq, daha maraqlı olduğunu öyrədəcək, həm də təxəyyülünə
geniş imkan yaradacaq. Harvard professorları bu istiqamətdə apardıqları
araşdırmalara aid hesabatda qeyd edir: "Bir uşağı nəcib, qayğıkeş, mərhəmətli
böyütmək çətindir. Bunun öhdəsindən gəlmək sizin əlinizdədir. Əgər bunun
öhdəsindən gələ bilmirsinizsə, ədəbiyyatın bu işi öhdəsinə götürməsinə imkan
yaradın”.
Vampir ədəbiyyatının pərdəarxası
Müəlliflərinə milyonlarla dollar
qazandıran vampir hekayələrini oxuyub, izləməklə kifayətlənmir, real
olub-olmadığını da araşdıranlar var. Bəs, siz inanmayanlara bu hekayələrin
bünövrəsində həqiqət payının olduğunun təsdiqləndiyini desək, necə?!
Vampir əfsanələrinin ilk nümunələri
indiki Ruminya ərazisinə bağlı Transilvaniya və ətraf ərazilərdə yaranıb. Ağızdan-ağıza
dolaşan bu əfsanələrin ortaq qəhrəmanı vardı – Drakula. Onun haqqında
təhkiyəçilərin dəqiq bildiyi bir şey var idi – vampirin insan olduğu. Kolumbiya
Universitetinin bəşəri elmlər və çağdaş ədəbiyyat bölməsinin professoru Roger
Lakerhörst əvvəllər Brem Stokerin toplayıb qələmə aldığı Drakula hekayələrini
Oksford Dünya Klassikləri vəqfinin sifarişi ilə yenidən hazırlayarkən, bu
əfsanələrin tarixini araşdırmağa başlayıb. Rogerin araşdırmaları bu janrın ən
möhtəşəm nümunələri və kütləvi nəşrlərinin XVIII əsrə təsadüf etdiyini görür.
Bəs, bu əfsanələr harada qaynaqlanıb?! Əminik ki, ağlınıza bir xəstəliyin ədəbi
janra bünövrə olması ehtimalı gəlməzdi. "Vampir” adamların və əfsanələrin
yaradıcısı – porfiria xəstəliyidir.
Tibbin ləng inkişaf etdiyi və
yeniliklərin gec yayıldığı dövrlərdə yoluxucu xəstəliklər kütləvi ölümlərlə
nəticələnirdi. "Qanda hemoqlobin artımını dəstəkləyən hemlərin biosintezinin
doğuşdan və qazanılmış əngəllənməsi ilə yaranan porfiria xəstəliyi” də
bunlardan biri olub. Bu xəstəlik günəş işığına qarşı dəridə həssaslıq
yaratmaqla birgə qan içmək istəyi oyadır. Yüngüldən-ağıra müxtəlif formaları
olan və son dövrlərdə nadir rast gəlinən xəstəlik xüsusilə orta əsrlərdə
sürətlə yayılıb. Xəstəliyin simptomları:
* Günəş işığı ilə təmas edən dəridə
qaşıntı, səpgi və suluqlar.
* Damaq, qulaq, göz qapağı kimi
orqanlar geri çəkilməsi və ya sallanması.
* Qan və mürəkkəb rəngli ifrazat
* İyi və dad duyğularının itməsi
* Şiddətli qarın ağrıları
* Nevro-aqressiv reaksiyalar və s.
* Genetikdir.
Amerika Porfiria Dərnəyinin
hesabatlarında dünyada bu xəstəliyin 120-yə yaxın daşıyıcısı olduğu deyilir.