• bazar ertəsi, 30 dekabr, 21:29
  • Baku Bakı 6°C

İlham Əliyev böyük səs fərqiylə birincidir

09.10.13 18:07 1395
İlham Əliyev böyük səs fərqiylə birincidir
ABŞ-ın “Arthur J.Finkelstein and Associates” şirkəti Azərbaycandakı prezident seçkilərində keçirdiyi “exit-poll”un nəticələrini elan edib.
APA-nın məlumatına görə, nəticələri şirkətin icraçı direktoru Corc Birnbaum açıqlayıb:
İqbal Ağazadə - 1,6%
İlham Əliyev - 82,7%
Araz Əlizadə - 1,2%
Hafiz Hacıyev - 0,7%
Qüdrət Həsənquliyev - 1,7%
Cəmil Həsənli - 8,8%
İlyas İsmayılov - 0,9%
Fərəc Quliyev - 0,9%
Sərdar Cəlaloğlu - 0,6%
Zahid Oruc - 0,9%.
C. Birnbaum “exit-poll”u “APA Holding”in dəvəti əsasında keçirdiklərini xatırladaraq fəal işə görə komandasına təşəkkür edib.
Nəticələrin açıqlandığı mətbuat konfransında APA Holding“in prezidenti Vüsalə Mahirqızı da iştirak edib.
AJF şirkəti “exit poll”u ölkə üzrə 835 məntəqədə 60 mindən çox respondentlə keçirib. Sorğuda nisbi xəta 0,4 faiz təşkil edir.
Qeyd edək ki, “Arthur J.Finkelstein and Associates” (AJF) şirkəti “APA Holding”in dəvəti ilə Azərbaycandakı prezident seçkilərində “exit-poll” keçirib. AJF şirkəti ilə “APA Holding” arasında əməkdaşlıq haqqında müqavilə sentyabr ayında holdinqin prezidenti Vüsalə Mahirqızı və şirkətin rəhbərlərindən biri olan Barbara Fiala arasında imzalanıb. “Arthur J.Finkelstein and Associates” şirkəti ABŞ-da 40 ildir siyasi konsaltinq və tədqiqatlar sahəsində fəaliyyət göstərən nüfuzlu şirkətdir. Şirkətin nümayəndələri ABŞ, Kanada, İsrail və Şərqi Avropa ölkələrində müxtəlif siyasi kampaniyalarda iştirak ediblər, sorğular keçiriblər və strategiyalar hazırlayıblar.
banner

Oxşar Xəbərlər