İki ölkə arasında ticarət dövriyyəsi 106 milyon dolları ötüb

İki ölkə arasında ticarət dövriyyəsi 106 milyon dolları ötüb

İqtisadiyyat
21 İyul 2019, 21:18 17396
Cari ilin altı ayı ərzində Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 106 milyon ABŞ dolları ötüb.
Bu barədə AZƏRTAC-a Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, hesabat dövründə Azərbaycana Belarusdan idxalın həcmi 96 milyon 064 min dollar, Azərbaycandan Belarusa ixracın həcmi isə 9 milyon 971 min dollar olub.
Qeyd edək ki, ötən il Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 204 milyon ABŞ dollarına yaxın olub ki, bu da 2017-ci ilin analoji göstəricisindən təxminən 56 milyon dollar çoxdur.