• cümə axşamı, 25 aprel, 13:09
  • Baku Bakı 23°C

"Hüsnü-Üns" yaradıcılıq layihəsinə start verildi - FOTOLAR

31.10.22 12:49 1444
"Hüsnü-Üns" yaradıcılıq layihəsinə start verildi - FOTOLAR

"Cığır" mənəvi dəyərlərin inkişafına dəstək İctimai Birliyi "Hüsnü-Üns" yeni yaradıcılıq layihəsinə start verib. 

Kaspi.az xəbər verir ki, açılış tədbirində layihənin rəhbəri, gənc könüllü, qrafik dizayner, AzMİU-nun magistrı Elbəy Əliyev, Birliyin idarə heyətinin üzvləri, könüllü rəssamlar və qonaqlar iştirak ediblər. 

Elbəy Əliyev çıxış edərək bildirib ki, "Hüsnü-üns" layihəsinin məqsədi cəmiyyətdə fərdlərarası gözəl ünsiyyətin qurulmasına, incə duyumun, gözəl baxışın, əmin-amanlığın yayılmasına və bərqərar olmasına töhfə verən bir mühit formalaşdırmaqdır. O, bu layihənin həyata keçirilməsi üçün özünü xoşbəxt sayıb və layihənin uğurla davam edəcəyinə inandığını dilə gətirib.

Tədbirdə Şuşa şəhəri Dövlət Qoruğunun baş memarı Qumru Mirzəliyeva, Respublika üzrə Qum üzərində rəsm birincisi, bir çox ölkələrdə Azərbaycanı təmsil edən, "Asia's Got Talent", "Yetenek sizsiniz" kimi məşhur lahiyələrin yarım finalçısı, rəssam Lalə Hüseynzadə, Casa De Art biznesinin rəhbəri, rəssam Pərvinə Əli çıxış edərək duyğu və düşüncələrini bölüşüblər. Rəssamlar tədbir boyu kətan çantalar, boşqab və fincanlar üzərində "Gözəllik" mövzusunda yaradıcılıqlarını nümayiş etdiriblər.

Tədbirin sonunda kollektiv xatirə şəkli çəkdirilib. 

Qeyd edək ki, layihə "Cığır" İB-nin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant qalibi - "Sosial Sahibkarlıq sahəsində görülən işlərin monitorinqi, təhlili və bu sahədə təbliğatı üzrə təşəbbüslər" layihəsi çərçivəsində keçirilib.

banner

Oxşar Xəbərlər