Heydər Əliyev Sarayı “Nizami Xəzinəsindən” layihəsi çərçivəsində yeni romanslar təqdim edib
 
                        Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar Heydər Əliyev Sarayı "Nizami Xəzinəsindən” adlı layihəsi çərçivəsində ədəbi-bədii musiqili kompozisiya hazırlayıb.
Sarayın mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, layihədə gənc bəstəkar Saleh Nəzərovun Nizami Gəncəvinin sözlərinə bəstələdiyi romanslar təqdim olunub.
Yeni romansları yaratmaqda məqsəd müasir istedadlı gənclərin bu layihəyə cəlb olunmasıdır. Romanslar Heydər Əliyev Sarayının nəzdində yaradılan "Perfect Troupe” gənc vokalçılar tərəfindən ifa edilib.
                                            
         Bakı 10°C
 Bakı 10°C